Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gündən vətəndaşlar Qarabağın bu rayonlarına da öz maşınları ilə gedə bilər
Bu gündən vətəndaşlar Qarabağın bu rayonlarına da öz maşınları ilə gedə bilər

Bu gündən Azərbaycan vətəndaşlarının “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

"APA-Economics" xəbər verir ki, artıq vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərinə də səfər edə biləcəklər.

Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

“Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik

Son xəbərlər
Bütün xəbərlər »