Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaxtanq Kikabidze oxusun - Qulu Ağsəsdən poetik nümunə
Vaxtanq Kikabidze oxusun - Qulu Ağsəsdən poetik nümunə

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəsin “525-ci qəzet”də dərc olunmuş şerini təqdim edirik.

Bir əlində tütün,

o birində şərab var bu səsin,

Ağlınıza ayrı şey gəlməsin

sahibi öz səsinə

qonaqlıq verir hərdən -

döşünə yatanda;

(mən də bu səs qədər qocayam)

son əsrdə

iki əlifbada şeir yazmışam,

ən azından -

kirildə və latında!

Hələ bu harasıdı,

donmuş Ayın

bir yaz səhəri

özünü günə verdiyini görmüşəm,

Bayıl qəsəbəsinin

Dağüstü parka qalxıb

ordan dənizə

kəllə vurduğunu görmüşəm!

Görmüşəm saat adlayıb

neçə ömrün üstündən

(mən də bu səs qədər qocayam),

Bir də görmüşəm ki,

indi səs pay yollayır

öz sahibinə -

köhnə şərabdan,

tütündən...

və vaxtdan.

Ürəyiniz başqa nə istəyir

bu dünyadan,

batano Vaxtanq?!

Qulu AĞSƏS

Son xəbərlər
Bütün xəbərlər »