Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Von der Leyen: Bu həftə Ukraynada müharibənin başa çatması üçün həlledici olacaq
Von der Leyen: Bu həftə Ukraynada müharibənin başa çatması üçün həlledici olacaq

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu həftənin Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması üçün şəraitin yaradılmasında həlledici olacağını deyib.

Bizimyol.info xəbər verir ki, von der Leyen bunu bazar günü Romada İtaliyanın baş naziri Giorgia Meloni və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə üçtərəfli görüşdə bildirib, deyə AK mətbuat xidməti bildirib.

“Bizi birləşdirən odur ki, biz ədalətli və davamlı sülhə can atırıq.

Mən sizin bu müharibənin sona çatmasında necə iştirak etdiyinizi bilirəm və buna görə sizə təşəkkür edirəm”, - deyə fon der Leyen Venəə buldirib.

"Şübhəsiz ki, indi vəziyyəti irəli aparmağımız vacibdir və düşünürəm ki, növbəti həftə bu baxımdan kritik olacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 19-da Rusiya diktatoru Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcəyini açıqlayıb. O, Kreml rəhbəri ilə söhbətin mövzularının müharibə və ticarətə son qoyacağını paylaşıb.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ağ Ev rəhbəri ilə Rusiya lederi Vladimir Putin arasında gözlənilən telefon danışığı ilə bağlı açıqlama verib. O, dialoqun çox uğurlu olacağına inanır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »