“Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” 3 may tarixində qaliblərin mükafatlandırılması ilə başa çatdı. İlk ilində “Baku Flames” 10 fərqli ölkənin 50 agentlik və şirkətindən 343 müraciət qəbul edib.
Festivalın rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, 4 fərqli istiqamət (Core, Connect & Engage, Design Excellence və Effective Change) üzrə beynəlxalq jüri heyəti tərəfindən dəyərləndirilən işlər regionun, eləcə də dünyanın ən yaxşı, yaradıcı və effektiv layihələrini təmsil edirlər.
“Baku Flames 2025” qaliblərinin tam siyahısına keçid vasitəsilə baxa bilərsiniz:
Qalib gələn hər kəsi və finalçıları təbrik edir, müraciət edən bütün agentliklərə, şirkətlərə və markalara təşəkkür edirik. “Baku Flames 2026”da görüşənədək!






