Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Almaniya şüurlu şəkildə "səhv" edir və Ermənistanın maraqları uğruna ikiüzlü davranış sərgiləyir"
"Almaniya şüurlu şəkildə "səhv" edir və Ermənistanın maraqları uğruna ikiüzlü davranış sərgiləyir"

“Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağı”nı paylaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş təxribatdır”

Bu barədə Bizimyol.info xəbər portalına Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk bildirib.

Elnur Eltürk Elnur Eltürk

“Almaniya ikiüzlü davranış sərgiləyir. Almaniya tərəfi bunu texniki səhv adlandırır. Bu, hər zaman belə olub. Şüurlu şəkildə buna gediblər. Böyük aparat bunu necə yanlışlıqla paylaşa bilər? Bu, mümkünsüzdür”-deyən Elnur Eltürk onu da əlavə edib ki, Almaniya bu addımı ilə real həqiqətlərin yox, Ermənistanın və erməni lobbisinin yaratdığı qondarma mifin yanında olduğunu təsdiqləyir.

“Bu davranış həm də daha onu göstərir ki, beynəlxalq hüquq və onun qaydaları söz yığınağından başqa bir şey deyil. 30 il Azərbaycanın haqsız olaraq hüquqları tapdalandı. Amma real addım atılmadı. Azərbaycan öz haqqını bərpa edərkən beynəlxalq ictimaiyyəti ayağa qaldırmağa çalışırdılar. Bununla yanaşı, Ermənistana bu illər ərzində təzyiq edilmədi” -deyə Elnur Eltürk vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »