Avstriyada mayın 1-də qüvvəyə minəcək yeni tənzimləmə ilə ibtidai və orta məktəblərdə cib telefonu və ağıllı saat kimi rəqəmsal cihazların istifadəsinə icazə verilməyəcək.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ölkədə uzun müddətdir müzakirə edilən və ilkin olaraq dövlət səviyyəsində tətbiq edilən mobil telefondan istifadəyə qoyulan qadağa mayın 1-dən etibarən bütün Avstriyaya şamil ediləcək.Təqdimata əsasən, şagirdlər məktəbdə olarkən bu rəqəmsal cihazlardan istifadə edə bilməyəcəklər. Onlara qısa müddət ərzində ailələri ilə əlaqə saxlamağa icazə veriləcək.
Müəllimlər nizamnaməyə əməl etməyən uşaqların telefonlarını müvəqqəti olaraq müsadirə edə biləcəklər. Qaydaların təkrar pozulduğu halda müsadirə olunan mobil telefonlar yalnız valideynlərə veriləcək.
Qadir, Bizimyol.info






