Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günahsız olaraq 47 il cəza çəkən adama 1,4 milyon dollar təzminat ödəniləcək
Günahsız olaraq 47 il cəza çəkən adama 1,4 milyon dollar təzminat ödəniləcək

Yaponiya məhkəməsi 1966-cı ildə törətdiyi qətlə görə 47 ilə yaxın həbs cəzası çəkdikdən sonra təqsirsiz sayılan Hakamata İvaoya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Bizimyol.indo "trthaber"ə istinadən xəbər verir ki, "Kyodo News"un məlumatına görə, 1966-cı ildə eyni ailənin 4 üzvünü öldürməkdə təqsirləndirilərək həbs edilən və 1968-ci ilin sentyabrında ölüm cəzasına məhkum edilən boksçu Hakamatanın təzminat davası yekunlaşıb.

2014-cü ildə iş yenidən açılana qədər 47 il ölüm hökmündə olan Hakamata həbsxanada keçirdiyi hər gün üçün 84 dollar tələb edib.

2024-cü ilin sentyabrında 89 yaşında qətlə görə bəraət qazanan Hakamatanın vəkilləri, 47 illik qanunsuz həbsdən gələn mənəvi və fiziki zərərin ölçülməz olduğunu söyləyiblər. Hakamata illərdir ölüm cəzası qorxusu ilə yaşadığını deyən vəkillər maksimum təzminat tələb ediblər.

Məhkəmə Hakamata həbsdə olduğu müddətdə çəkdiyi "mənəvi və fiziki" əzablara görə 1,4 milyon dollar təzminat təyin edib.

Ginnesin Rekordlar Kitabının "dünyanın ən uzun ömür sürən edam məhbusu" ünvanına sahib olan Hakamata 1966-cı ildə Tokionun cənub-şərqindəki Şizuokada soya fabrikində işləyərkən eyni ailədən olan 4 nəfəri bıçaqlayaraq öldürdüyü iddiası ilə həbs edilmişdi.

Hakamata 1968-ci ilin sentyabrında qətl də daxil olmaqla ittihamlarla ölüm cəzasına məhkum edilib və cəzası 1980-ci ilin dekabrında yekunlaşıb. 1981-ci ilin aprelində Hakamata məhkəməyə yenidən baxılması üçün müraciət edib, lakin Şizuoka Rayon Məhkəməsi 1994-cü ilin avqustunda onu rədd edib.

Şizuoka Rayon Məhkəməsi 2014-cü ilin martında çıxardığı qərarda yeni dəlillər nəzərə alınmaqla işin yenidən açılmasını əmr edib və Hakamatanı həbsdən azad edib.

Şizuoka Rayon Məhkəməsi 2024-cü ilin sentyabrında sözügedən geyimin etibarlı sübut sayıla bilməyəcəyinə qərar verib və Hakamata bəraət verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »