Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Honq-Konqa uçan təyyarə yanğın təhlükəsi səbəbindən təcili eniş edib
Honq-Konqa uçan təyyarə yanğın təhlükəsi səbəbindən təcili eniş edib

Çinin Hançjou şəhərindən Honq-Konqa uçan təyyarədə yanğın baş verib və ekipaj təcili eniş etməyə məcbur olub.

Bizimyol.info xəbər verir ki, Honq Konq Hava Yollarına məxsus "HX115" reysi ilə Çinin Hançjou şəhərindən Honq-Konqa uçan təyyarə salonda baş verən yanğın səbəbindən ötən cümə axşamı Fuçjouda məcburi eniş edib.

Ekipajın sürətli müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Aviaşirkətdən verilən açıqlamada: ""Hong Kong Airlines"ə məxsus "HX115" təyyarəsi Hançjoudan Honq-Konqa uçarkən kabinənin yuxarı rəfində baş vermiş yanğın səbəbindən təhlükəsiz şəkildə yönünü dəyişdirərək Fuzhou Changle Beynəlxalq Hava Limanına (FOC) enib. Yanğın uğurla söndürülüb", - deyə məlumatda qeyd edilib.

Honq-Konq televiziyasının paylaşdığı görüntülərdə sərnişinlərin və stüardessaların yanğını söndürmək üçün su şüşələrindən istifadə etdiyi görünür.

Aviaşirkət rəsmiləri təyyarədə olan 168 nəfərin heç bir problem yaşamadığını bildirsə də, ilkin məlumatda yanğının sərnişinlərin çantasındakı portativ şarj cihazının səbəb ola biləcəyi ehtimal edilir.

Qadir, Bizimyol.info

Havada panik Hong Konga giden uçak acil iniş yaptı

Son xəbərlər
Bütün xəbərlər »