Sakit Okean sahillərində itkin düşən Perulu balıqçı Maksimo Napa Kastro 95 gün dənizdə qaldıqdan sonra sağ tapılıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, 2024-cü il dekabrın 7-də Perunun cənubundakı Markona sahillərində balıq tutmaq üçün dənizə getdiyi bilinən və bundan sonra ondan xəbər alınmayan balıqçı Maksimo Napa Kastro tapılıb.
61 yaşlı Kastro Sakit Okeanda balıq tutmağa getdikdən 95 gün sonra sağ-salamat tapılıb, sonra isə pis hava şəraiti üzündən ayaqlarını itirib.
Axtarış-xilasetmə qrupları tərəfindən 3 aydır təqib edilən Kastro Ekvadorlu balıqçılar tərəfindən xilas edilib.
95 gün ərzində yaşadıqlarını göz yaşları içində izah edən balıqçı, qayığında toplanan yağış suyunu içərək, tısbağa, quş, böcək kimi canlıları yeyərək sağ qaldığını bildirib.
Balıqçı həyatdan möhkəm yapışmaq üçün tez-tez ailəsini düşündüyünü: “bir neçə aylıq nəvəm var, onu bir daha görmək üçün sağ qalmağa çalışdım”, deyə bildirib.
Qadir, Bizimyol.info






