Böyük Britaniyada bir tibb bacısı həmkarını səhər çayı növbəsindən kənarlaşdırdığı üçün məhkəməyə verərək 41 min funt sterlinq təzminat qazanıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Londonun cənubundakı "St Helier" Xəstəxanasında çalışan keçmiş diabet tibb bacısı Susan Hamilton, dietoloq həmkarı Abdool Nayecki "zorbalıq etməkdə" günahlandırdı.
Londonun cənubunda baxılan işdə Hamilton iddia edib ki, Nayeck görüşlərdə ona məhəl qoymayıb və bütün komanda üzvlərinə çay hazırlayarkən ona çay hazırlamayıb. Bildirilib ki, ikisi arasında gərginlik 2018-ci ildə bir xəstəyə qulluq məsələsində yaranan fikir ayrılığından sonra başlayıb. Məhkəmədə verilən ifadələrə görə, Nayeck Hamiltona birbaşa "mən səni sevmirəm" deyib. Bu hadisədən sonra Nayeckin tibb bacısına qarşı "görünən şəkildə aşağılayıcı" münasibət göstərdiyi deyilir. Xəstəxana rəhbərliyi vasitəçilik edib və tərəflərin “nəzakətli” şəkildə ünsiyyət qurması barədə razılığa gətirib. Lakin Hamilton bunun əvəzinə Nayeckin bütün komanda üçün çay hazırladeğı zaman onun üçün bunu etmədiyini bildirib.
Susan Hamilton 2019-cu ildə stress səbəbindən vəzifəsini tərk edib, lakin 2021-ci ilin yanvarında xəstəxanaya qayıdıb. Bu proses zamanı o, rəsmi olaraq xəstəxananın şikayətlərinə baxmasına etiraz edib. Həmin ilin sonunda istefa verən Hamilton, əmək müqaviləsinin pozulduğunu və xəstəxana rəhbərliyi ilə "etimad münasibətlərinin" "tamamilə pozulduğunu" iddia edib.
Məhkəmə tibb bacısının xəstəxana rəhbərliyinə qarşı şikayətlərini təmin edib, eyni zamanda həmkarı Abdool Nayeckə qarşı zorakılıq iddiasını rədd edib. Xəstəxana onun etirazını qəbul etdikdən sonra iş Hamiltonun xeyrinə başa çatıb.
Məşğulluq Tribunalının hakimi Kathryn Ramsden: “Xəstəxana rəhbərliyi illər ərzində Nayeckin davranışı ilə bağlı adekvat tədbir görməyib. Bu proses Həmiltonun səhhətində problemlər yaşamasına səbəb oldu”,- deyə bildirib.
Ramsden: “Hamiltonun ifadəsi olduqca təsir edici idi. O, öz peşəsini sevən istedadlı tibb bacısı olub. Lakin o, öz işinin öhdəsindən gələ bilməyən vəziyyətə düşdüyünə görə çox kədərlənib”,- deyə qeyd edib.
Qadir, Bizimyol.info






