Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqoda naməlum xəstəlik 50-dən çox insanın ölümünə səbəb olub
Konqoda naməlum xəstəlik 50-dən çox insanın ölümünə səbəb olub

Konqo Demokratik Respublikasında (KDR) son beş həftə ərzində naməlum xəstəlikdən 50-dən çox adam ölüb. Bildirilir ki, xəstəlik ilk olaraq yarasa yeyən üç uşaqda yaranıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, fevralın 16-na olan məlumatında bildirilir ki, iki ayrı epidemiyada ümumilikdə 431 yoluxma və 53 ölüm qeydə alınıb.

ÜST-nin sözçüsü Tarik Jağareviç: "Hadisələrin günlər ərzində sürətlə artması ictimai sağlamlıq üçün böyük təhlükə yaradır. Dəqiq səbəb hələ məlum deyil", - deyə bildirib.

Epidemiyadan ən çox təsirlənən Bomanate kəndində, Basankusu sağlamlıq zonasında 419 hadisə və 45 ölüm qeydə alınıb. Xəstəliyin əlamətləri qızdırma, qusma və daxili qanaxma kimi bildirilərək, xəstəliyə yoluxanların adətən 48 saat ərzində dünyasını dəyişdiyi bildirilir.

Xəstəliyin törədicinin müəyyən edilməsi üzrə tədqiqatlar davam edərkən, Ebola və Marburq virusları üçün sınaqdan keçirilmiş 13 nümunənin mənfi nəticə verdiyi bildirilib. ÜST-dən səhiyyə qruplarının malyariya, qida zəhərlənməsi, tif, meningit və digər viral hemorragik qızdırmalar da daxil olmaqla, yerli olaraq digər mümkün səbəbləri araşdırdıqları bildirilib.

Yanvarın 21-də Boloko kəndində 12 hadisə və 8 ölüm halı qeydə alınıb. Bu hallarla bağlı ayın əvvəlində üç uşağın öldüyü və bu uşaqların xəstələnməmişdən əvvəl yarasa yediyi qeyd edilir.

ÜST bildirib ki, iki epidemiya arasında qəti əlaqə qurulmayıb. Jasareviç: "Bu başqa infeksiyadır, yoxsa zəhərli faktor? Araşdırmalarımız davam edir", deyib.

Əvvəllər malyariya 2023-cü ildə DRC-də naməlum xəstəliyin yayılmasının səbəbi kimi müəyyən edilmişdi. Səlahiyyətlilər yeni epidemiyanın səbəbini müəyyən etmək və yayılmasını dayandırmaq üçün hərtərəfli araşdırmalar aparmağa davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »