Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maskın nasist salamı Avropada "Tesla" satışını kəskin şəkildə azalıb
Maskın nasist salamı Avropada "Tesla" satışını kəskin şəkildə azalıb

Avropada "Tesla" avtomobil satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayı üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus "Tesla" şirkətinin avtomobil satışları Avropa ölkələrində xeyli azalıb. Ötən ilin yanvar ayında 18 161 ədəd olan "Tesla" satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.

Bazar dəyəri 1 trilyon dolları keçən və qlobal avtomobil sənayesindəki digər böyük şirkətlərin ümumi dəyərinə çatan "Tesla"nın son dövrlərdə Avropa ölkələrində satışları azalıb.

İlon Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi və internetdə nasist salamına bənzətdiyi əl jesti, Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi və İngiltərə siyasətinə qarışması kimi mübahisəli davranışı avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.

"Tesla" avtomollərinin satışları demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada azalıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »