Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnanılmaz daşıma üsulu: Başında narkotik keçirən adam yaxalanıb - Video
İnanılmaz daşıma üsulu: Başında narkotik keçirən adam yaxalanıb - Video

Kartagena hava limanında Amsterdama gedən təyyarəyə minməyə hazırlaşan sərnişin mühafizəçilərin diqqətini çəkib. Yoxlamalar zamanı sərnişinin taxdığı parikin altına 19 ədəd kokain kapsul gizlətdiyi məlum olub.

Bizimyol.info "CNN Türk"ə istinadən xəbər verir ki, Kolumbiya vətəndaşı parik altında gizlədilmiş kokaini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərkən yaxalanıb.

Kolumbiyalı kişi fevralın 20-də Kartaxena şəhərindən Hollandiyanın paytaxtı Amsterdama gedən təyyarəyə minərkən yaxalanıb.

Polisin diqqətini çəkən şəxsin parikinin altına 10 min avro dəyərində 19 kokain kapsul gizlətdiyi bildirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, istehsalı və daşınması ittihamı ilə həbs edilən kolumbiyalı barəsində istintaq başladılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »