Amerikalı milyarder İlon Maskın süni intellekt şirkəti "xAI" söhbət robotu "Grok 3"ün yeni modelini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Mask üç "xAI" mühəndisi ilə canlı yayımda "Grok 3" haqqında təqdimat edib.
"xAI" və "Grok"un missiyasının kainatı anlamaq olduğunu ifadə edən Musk, "Grok 3"ün əvvəlki versiyasından daha yaxşı performans göstərdiyini qeyd edib.
Süni intellekt sahəsində rəqabətin artdığı bir vaxtda təqdim edilən "Grok 3" sosial media tətbiqi "X"də ödənişli üzvlük sahibi olan "Premium+" abunəçilərinin istifadəsinə verilib.
Digər tərəfdən, "Grok"un "X" sosial media hesabında edilən paylaşımda yeni tətbiqin dünyanın ən ağıllı süni intellekti oluğu qeyd edilib.
"Grok"un başqa bir yazısında riyaziyyat, elm və kodlaşdırma sahələrində bəzi süni intellekt vasitələrinin performansını müqayisə edən bir qrafik daxil edilib və "Grok 3"ün "OpenAI"nin "GPT-4o", "Alphabet"in "Google Gemini", "DeepSeek"in "V3" və "Anthropic"in "Claudes" modellərini geridə qoyduğu iddia edildi.
Elon Mask keçən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 2025-ci il Dünya Hökuməti Sammitində: "Yeni tədbiq olan "Grok 3" çox güclü düşünmə qabiliyyətinə malikdir, buna görə də indiyədək sınaqlarımızda gördüklərimizə görə, o, özündən əvvəl olan bütün tətbiqlərdən üstündür", - deyə qeyd edib.
Qadir, Bizimyol.info






