Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp və Bayden noyabrın 13-də Vaşinqtonda görüşəcək
Tramp və Bayden noyabrın 13-də Vaşinqtonda görüşəcək

Hazırkı Amerika lideri Co Bayden və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çərşənbə günü, noyabrın 13-də Ağ Evdə görüşəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.

Görüşün Ağ Evin Oval kabinetində, yerli vaxtla saat 11:00-da baş tutacağı qeyd edilib. Xəbərdə görüşlə bağlı əlavə təfərrüatların daha sonra veriləcəyi bildirilib.

Trampın köməkçiləri əvvəllər onun Baydenlə görüşünün tezliklə baş tutacağını bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »