“The New York Times” qəzetinin redaksiya heyəti Amerika vətəndaşlarını seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın əleyhinə səs verməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə qəzetdə dərc olunan materialda qeyd edilib.
“Siz artıq Donald Trampı tanıyırsınız. O, rəhbərlik etmək qabiliyyətinə malik deyil. Onu izləyənlərə, yaxşı tanıyanlara qulaq asın. O, seçkilərə xələl gətirməyə çalışıb və demokratiya üçün təhlükə olaraq qalır. Trampın başqa bir termini iqlimə zərər verəcək, ittifaqları məhv edəcək və avtokratları gücləndirəcək. Amerikalılar daha yaxşısını tələb etməlidirlər. Sizə layiq olana səs verin, sizi məhvə sürükləyənə deyil", - deyə məqalədə qeyd edilib.
Məqalə müəllifləri də bunu da iddia edirlər ki, əgər Tramp qalib gəlsə, “rəqiblərini təqib etmək üçün” hakimiyyət rıçaqlarından istifadə edəcək, “kütləvi deportasiya kimi qəddar siyasət” həyata keçirəcək və yoxsul amerikalıların və orta sinif nümayəndələrinin vəziyyətini çətinləşdirəcək.
ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçıları keçmiş dövlət başçısı Donald Tramp, Demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.
Qadir, Bizimyol.info






