Səudiyyə Ərəbistanının Tayma Oasisində olan Əl Naslaa adlı qaya forması ilə görənləri heyran edir. Çünki bu qaya düz ortadan ikiyə bölünüb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu fərq o qədər aydın və mükəmməl şəkildədir ki, görənlər təəccüblənməyə bilmir.
Bəs bu qaya necə ikiyə bölünüb?
Səudiyyə Ərəbistanındakı Al Naslaa Rock-ın necə bu hala gəldiyinə dair bir çox nəzəriyyələr var
Bu qayada ilk növbədə dağ keçisi, ərəb atları və insan təsvirləri var. Bu təsvirlərin nə vaxt həkk olunduğu dəqiq bilinməsə də, bu qumdaşı qayalarının min illərlə yaşı olduğu düşünülür.
Bu quruluşun necə parçalanması ilə bağlı ilk nəzəriyyəyə görə, bu süxurlar qırılma xəttində yerləşib və süxurların altındakı torpaq sürüşərək zəif nöqtədə iki yerə ayrıldıqda, bu qaya parçalanıb.
Bu hərəkət nəticəsində yaranan yarıq bu gün qumu süpürən küləyin keçdiyi külək tunelinə çevrilib. Qum dənələri minlərlə il ərzində bu yarığı hamarlaşdırıb və bugünkü hamar səthi yaradıb.
Başqa bir nəzəriyyəyə görə, qədim zamanlarda buzlaqların əriməsi zamanı baş verən eroziya bu yarığı əmələ gətirib
Yəni bu çatlar illər əvvəl birləşmiş qumdaşı süxurlarının arasından su sızması nəticəsində yaranmış ola bilər. Yəni, temperaturlar artdıqca, bu boşluğa qaçan buz parçalarının əriyib, qumdaşı qayalarını ikiyə ayıran mükəmməl boşluq buraxması mümkündür.
Digər tərəfdən, səhra iqlimində belə təbii quruluşlara tez-tez rast gəlmək mümkündür. Əslində, öz formalarına görə bu strukturlara göbələk süxurları da deyilir.
Onlar, ümumiyyətlə, küləyin yerə tez çatması və süxurları daha tez aşındırması və ya buzlaqların yavaş hərəkəti nəticəsində qaya başqa qayanın üzərinə sürüşərək tarazlığı saxlaması zamanı baş verib.
Xülasə, Ərəbistandakı Əl Naslaa qayasının necə bu hala gəldiyinə dair çoxlu nəzəriyyələr və müxtəlif fikirlər var. Lakin bütün nəzəriyyələrə əks mövqe söyləyənlər də olub və məsələnin sirri naməlum olaraq qalır.
Qadir, Bizimyol.info






