ABŞ-da 200-dən çox psixi sağlamlıq mütəxəssisi açıq məktub dərc edərək, keçmiş prezident Donald Trump-da "ağır, sağalmaz şəxsiyyət pozğunluğu" olaraq bilinən "bədxassəli narsisizm" əlamətlərinin təyin olduğunu bildiriblər.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Anti-Psychopath Pac" siyasi fəaliyyət komitəsi tərəfindən maliyyələşdirilən bildiriş "New York Times"da tam səhifədə yayılıb və Trampın "demokratiya üçün ekzistensial təhlükə" olduğunu vurğulanıb.
Məktubda bildirilib ki, Psixi Pozğunlukların Diaqnostik və Statistik Təlimatının (DSM V) diaqnostik meyarlarına əsasən, Trampda “sosial normalara əməl etməmək”, “təkrar yalan danışmaq”, “başqalarının təhlükəsizliyinə etinasızlıq” və “peşman olmamaq” kimi davranış pozğunluqları göstərib.
Ekspertlər bu davranışların Trampı “aldadıcı, dağıdıcı və təhlükəli” etdiyini bildiriblər. Bu tənqidlər Trampın 2020-ci ilə qədər müşaviri olmuş Kellyanne Konveyin keçmiş əri Corc Konvey tərəfindən idarə olunan "Anti-Psixopat Pac" tərəfindən təşkil edilib.
Corc Konvey də prezidentliyi dövründə Linkoln Layihəsi adlı Respublikaçılar qrupu ilə Trampı tənqid edib. Amerika Psixiatriya Dərnəyi, birbaşa diaqnozu olmayan insanların psixiatrik qiymətləndirmələrinin qeyri-etik olduğunu bildirən Qoldoter qaydasına diqqət çəkib.
Lakin məktubda Trumpın "minlərlə saat ərzində müşahidə edilən" davranışının ekspertlər tərəfindən aşkarlana bilən aydın göstəricilər verdiyi iddia edilib. Məktubda həmçinin bildirilirdi ki, Trampda koqnitiv geriləmə əlamətləri var və o, “tam nevroloji müayinədən keçməlidir”.
Digər tərəfdən, Trampın rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harris Trampı “getdikcə qeyri-sabit və əqli cəhətdən zəif” kimi xarakterizə edib.
ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığından Trampın sağlamlıq vəziyyəti, yaşı və keçmiş iddiaları müzakirələrin mərkəzində qalmaqda davam edir.
Qadir, Bizimyol.info






