Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
APA xəbər verir ki, nazir Ceyhun Bayramov bununla bağlı "X" hesabında paylaşım edib.
"“3+3” regional məşvərət formatının görüşü çərçivəsində İstanbulda, tarixi Dolmabağça Sarayında qardaş və müttəfiq Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməkdən məmnunluq duydum. Regional əməkdaşlığımızın gücləndirilməsi, habelə bölgəmizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti bir daha vurğulandı", - Azərbaycanın XİN başçısı vurğulayıb.
“3+3” regional məşvərət formatının görüşü çərçivəsində #İstanbul|da, tarixi Dolmabağça Sarayında qardaş və müttəfiq #Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan @RTErdogan tərəfindən qəbul edilməkdən məmnunluq duydum.
Regional əməkdaşlığımızın gücləndirilməsi,… pic.twitter.com/xeOhnMRkEU
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 18, 2024






