Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC, Türkiyə və Azərbaycandan olan sürücülük məktəblərinin rəhbərləri Bakıda bir araya gəlib
ŞKTC, Türkiyə və Azərbaycandan olan sürücülük məktəblərinin rəhbərləri Bakıda bir araya gəlib

Azərbaycanın paytaxtı Bakıda “Türk Dünyasında Sürücülük Təhsili Konfransı” keçirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Respublikası Sürücü Hazırlayan İşəgötürənlər Birliyi (SÜRSEN), İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) və Azərbaycan-Kıbrıs Dostluq Dərnəyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzdən çox sürücülük peşəsini öyrədən məktəbin nümayəndəsi iştirak edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən konfransın açılışında Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmut Özer, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Şimali Kipr Türk Cümhuriyyətinin Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partiya Konya Millət vəkili Orhan Erdem iştirak edib.

Tədbirdə SÜRSEN prezidenti Nihat Polat, İSTAD prezidenti Sefer Karakoyunlu, Azərbaycan-Kıbrıs Dostluq Dərnəyinin sədri Orhan Həsənoğlu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Prof. Dr. Gülçöhrə Məmmədova da iştirak ediblər.

Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Özer: “Türk dövlətləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox qısa bir zamanda tamamilə fərqli bir nöqtəyə gəldi”.

Özer Türk dövlətləri arasında təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat, turizm, nəqliyyat və infrastruktur sahələrində əlaqələrin gündən-günə artdığına diqqət çəkib: “Türk dövlətləri bir vahid kimi fəaliyyət göstərməyə başlayıb. Bunlar çox dəyərli təşəbbüslərdir, lakin inşa edilməsi böyük çətinlik və zəhmətlə bu günə qədər gəlib çatan təşəbbüslərdir. Biz bu gün onlardan birini yaşayırıq. Əgər o əlaqələr möhkəmlənməsəydi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti sürücülük məktəblərinin idarəçiləri bu gün burada bir araya gələrək ortaq fəaliyyət qabiliyyəti əldə etməzdilər”, - deyə qeyd edib.

Türk Dövlət Təşkilatının (TDT) əhəmiyyətinə toxunan Özer, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi üzv statusu aldığını xatırladıb və əlaqələrin inkişafına töhfə verən bütün tərəflərə təşəkkür edib.

SÜRSEN Başçısı Polat sürücü təhsilin keyfiyyətini dünya standartlarına yüksəltməyi hədəflədiklərini ifadə edib. Polat SÜRSEN olaraq sürücü hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün çalışdıqlarını və müvafiq Avropa təcrübəsini öyrəndiklərini qeyd edib.

Hər il sektor nümayəndələri ilə görüşdüklərini və bu il Türkiyə respublikalarında sektor nümayəndələri ilə görüşmək istədiklərini bildirən Polat, birgə fəaliyyət planı üçün işçi qrupu quracaqlarını bildirib. Türkiyə dövlətləri arasında sürücülük təhsili sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə təşkil edilən konfrans oktyabrın 17-dək davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »