Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə növbəti qeyri-rəsmi görüşün Türkiyə və Yunanıstanın iştirakı ilə keçirilməsinin razılaşdırıldığını bildirib.
Bizimyol.info xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bu barədə Quterreşin dəvəti ilə BMT binasında qatıldığı qeyri-rəsmi şam yeməyindən sonra təşkil etdiyi mətbuat konfransında bildirib.
"Quterreşlə qeyri-rəsmi şam yeməyinizdə hansı mövzular müzakirə olundu? Quterreş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) öz dövlətçiliyindən və suverenliyindən əl çəkməyəcəyini və həllin iki dövlətli həll yolu olduğunu daha yaxşı dərk edə bilirmi?", - deyə səsləndirilən suallarını cavablandırıb.
Ersin Tatar, Şimali Kipr Türk Cümhuriyyətinin rəftarının dəyişmədiyinə diqqət çəkib. "Mən yeni bir baxış təklif etdim, çünki problemi həll etmək üçün 50 illik federal səylər uğursuz oldu", - deyə prezident qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyətinin suveren bərabərliyi və beynəlxalq statusu təsdiqlənmədən rəsmi danışıqlara qayıtmayacağının vurğulayan Ersin Tatar, naharda bir çox mövzunun müzakirə edildiyini bildirib. Tatar davam edən embarqonun və təcridin təsirlərini gündəmə gətirdiyini açıqlayıb.
“Biz BMT-nin baş katibi ilə razılaşdıq ki, növbəti toplantı Türkiyə və Yunanıstanın iştirakı ilə keçirilsin”, - deyə Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı bildirib.
Prezident Tatar, həmçinin Cənubi Kipr Rum Administrasiyasının (GKM) Lideri Nikos Hristodulidis ilə Kiprdə görüşmək və yeni sərhəd qapılarının açılması məsələsini müzakirə etmək qərarına gəldiklərini və tələblərin məqbul olacağı təqdirdə bunun reallaşacağını bildirib.
Qadir, Bizimyol.info






