Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketinq dünyasının ulduzları Qlobal Markerinq Zirvəsi 2024 tədbirində görüşəcək!
Marketinq dünyasının ulduzları Qlobal Markerinq Zirvəsi 2024 tədbirində görüşəcək!

Dünyanın ən önəmli marketinq ustadları və iş dünyasının ən nüfuzlu düşüncə liderləri 23-24 oktyabr tarixlərində Qlobal Marketinq Zirvəsi 2024 tədbiri çərçivəsində görüşəcək.

Qlobal Marketinq Zirvəsi 2024 tədbirinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, 23-24 oktyabr 2024-cü il tarixlərində Mandarin Oriental Bosphorus İstanbulda keçiriləcək nəhəng sammitin fəxri qonağı dünyanın ən məşhur marketinq təsisçisi, “Müasir marketinqin atası” hesab edilən Dr. Philip Kotler olacaq.

Marketinq dünyasının ulduzlarını bir araya gətirən Qlobal Marketinq Zirvəsi 2024 tədbiri 23-24 oktyabr tarixlərində Mandarin Oriental Bosphorus İstanbulda baş tutacaq. Builki sammitin mövzusu “Dayanıqlı İnkişaf”dır. Marketinq dünyasının dahiləri, marketinq liderləri və dünyaca məşhur müəlliflər tərəfindən nəql edilən unudulmaz məzmun sektorun nümayəndələrini gözləyir.

Müasir marketinq nəzəriyyəsinin qurucusu və düşüncə lideri Dr. Philip Kotler, Qlobal Marketinq Zirvəsinin 4-cü dəfə fəxri məruzəçi olacaq

Marketinq sektorunun dünya üzrə ən nüfuzlu nümayəndəsi sayılan marketinq dahisi, "Müasir marketinqin atası" Dr. Philip Kotler dördüncü dəfə fəxri məruzəçi kimi sammitdə iştirak edəcək. Kotler çıxışında “50 illik perspektivdə marketinqin gələcəyi və bizi nələrin gözlədiyi” haqqında öz proqnozlarını sammit iştirakçıları ilə bölüşəcək.

Müasir marketinq nəzəriyyəsinin qurucusu və düşüncə lideri Dr. Philip Kotler, Qlobal Marketinq Zirvəsinin 4-cü dəfə fəxri məruzəçi olacaq

Marketinq dünyasının ulduzları İstanbula gəlir

Qlobal düşüncə lideri, müəllif, futurist-natiq və karyerası superkeçiricilik laboratoriyasında formalaşmış "Geniusworks" meneceri Peter Fisk, qlobal mətbuatda yeganə qlobal yaradıcılıq mükafatı olan "Epica" mükafatlarının redaksiya direktoru Mark Tungate, "FinchFactor Global"ın təsisçisi "Kerrie Finch", "Hult International Business School & Ashridge Executive Education"da marketinq və liderlik professoru Dr. Alex Reeve, eyni zamanda "Diversity in Luxury" şirkətinin icraçı direktoru, spiker, podkaster və yazıçı Elizabeth Solaru, "Warner Bros. Discovery" CEE və MENAT regionları üzrə yerli brendlər və françayzinq idarəçiliyi üzrə məsul marketinq vitse-prezidenti Grigory Lavrov, həmçinin "Wheeler Dealers" aparıcısı, jurnalist, tok-şou aparıcısı Mike Brewer və "Wheeler Dealers" aparıcısı, komanda mədəniyyəti mütəxəssisi, "F1" şərhçisi, jurnalist Marc Elvis Priestley Qlobal Marketinq Zirvəsi 2024 tədbirində çıxış üçün İstanbula gəlir.

150-dən çox ulduz məruzəçi, ustad dərsləri və seminarlar ilə Qlobal Marketinq Zirvəsi 2024, unudulmaz zirvə kimi marketinq sektoru iştirakçılarında iz buraxacaq.

"Garanti BBVA" ödəniş sistemlərinin əsas iş ortaqlığı, "Borusan Otomotiv"in rəsmi nəqliyyat sponsorluğu, "Aras Kargo" və "Uber"in rəsmi iş ortaqlıqları ilə 23-24 oktyabr tarixlərində Mandarin Oriental Bosphorus İstanbulda keçiriləcək Qlobal Marketinq Zirvəsi 2024, möhtəşəm bir proqramla marketinq və iş dünyasını qarşılamağa hazırdır. Fərqli məzmunlar və spiker sessiyaları çərçivəsində keçiriləcək sammitdə liderlik, rəqəmsallıq, brend, yaradıcılıq və davamlılıq trekləri yer alacaq. Nəhəng sammit 100-dən çox sessiyada 150-dən çox dəyərli məruzəçiyə ev sahibliyi edəcək. Həmçinin, iştirakçılar üçün ustad dərsləri və dahilərin idarəçiliyində seminarlar keçiriləcək.

2024-cü ilin mövzusu: "Dayanıqlı inkişaf"

Dünya üzrə böyük marağa səbəb olan Qlobal Marketinq Zirvəsi 2024 “Dayanıqlı İnkişaf” mövzusu ilə keçiriləcək. 23 oktyabr 2024-cü il tarixində eyni məkanda CEO-ların və yüksək səviyyəli marketinq liderlərinin iştirakı ilə "CMO Circle Special Lunch" keçiriləcək.

Qlobal Marketinq Zirvəsi 2024 tədbirinin digər günlərində (22-25 oktyabr) Mandarin Oriental Bosphorus-da fiziki seanslar üçün "qeydiyyatdan keçmiş" iştirakçılarla xüsusi onlayn məzmun paylaşılacaq. Bu xüsusi məzmunlar iştirakçılar üçün ömür boyu istifadə imkanı ilə böyük arxiv dəyərinə malik olacaqdır.

Türkiyədən dünyaya açılan qlobal brend

Türkiyənin lider iclas və tədbir şirkəti KREA M.I.​​C.E. tərəfindən böyük diqqətlə hazırlanan və təqdim olunan Qlobal Marketinq Zirvəsi, hər il dünyanın ən məşhur məruzəçilərini bir araya gətirir və marketinq dünyasının yüksək səviyyəli iştirakı ilə böyük uğurlar qazanır. Zirvəni təkcə Türkiyədən deyil, dünyanın hər yerindən marketinq mütəxəssisləri böyük maraqla izləyirlər. Bu baxımdan Qlobal Marketinq Zirvəsi, Türkiyədən dünyaya açılan beynəlxalq platforma xüsusiyyətinə və qlobal brend ünvanına malikdir.

"Biz marketinq sektorunun mütəxəssisləri və liderləri üçün xəyallardakından daha böyük iş qurmağa davam edirik"

Qlobal Marketinq Zirvəsinin prezidenti, KREA M.I.C.E. şirkətinin təsisçisi və icraçı direktoru, KREA Rəqəmsal Qurucu Partnyoru Seda Mızraklı Ferik, 2024-cü ildə keçiriləcək sammitin texnologiyanın da dəstəyi ilə təsəvvür edilə bilməyəcək qədər unudulmaz bir tədbir olacağını söylədi.

“Qlobal Marketinq Zirvəsi 2023 tədbirində biz Philip Kotlerin uzun illərdir vurğuladığı "marketinqin 4P-si" konsepsiyasını bu il də möhtəşəm məzmun, möhtəşəm məkan, möhtəşəm qonaqpərvərlik və möhtəşəm bir dəyər təklifi ilə həyata keçiririk” deyə Seda Mızraklı Ferik zirvə haqında məlumat verib.

İyirmi ildən artıq bir müddət ərzində dünya üzrə toplantı sənayesindəki tendensiyaları təqib etmək əvəzinə bu tendensiyaları müəyyən edən bir marka olduqlarını vurğulayan Ferik, hər il yaratdıqları məzmun və konseptlərin özəl yeniliklərlə fərqlənməsi üçün böyük bir komanda şəklində aylarla çalışdıqlarını ifadə edib. Bu il keçiriləcək tədbirin mövzusu olan "Dayanıqlı İnkişaf" şüarına bütün məzmunlarda yer verildiyini qeyd edən Ferik, bütün brendlər üçün ən zəruri elementlərdən birinin inkişaf olduğunu, yenilik edə bilməyən və texnoloji transformasiyanı sürətli şəkildə tamamlaya bilməyən brendlərin rəqabət mühitində güc itirəcəklərini və zamanla yox olacaqlarını vurğulayıb. Tədbirin təsisçisi, Zirvə çərçivəsində sahənin ustadlarının dəstəyi ilə "uğurun formulu" mövzusunu diqqət mərkəzə alınacağını da əlavə edib.

Ən müxtəlif, ən əhatəli, ən bərabər Zirvə

Seda Mızraklı Ferik, 2024-cü il sammitində qadın spikerlərin kişilərə nisbətinin yarısını təşkil etmək məqsədinə çatdıqlarını söyləyərək, gender bərabərliyi baxımından nümunəvi bir hadisə olma hədəfinə toxunub. Zirvənin təsisçisi “Biz qürurla paylaşırıq ki, həm məruzəçi, həm iştirakçı profili baxımından, həm də aşağı karbon izimizlə dünyanın ən müxtəlif, ən əhatəli və bərabərhüquqlu sammitlərindən biriyik. Tədbirimizin məzmunu və bütün dəyərli elementləri ilə dünyada və Türkiyədə keçirilən bütün digər konfranslar üçün uğurlu nümunə olması üçün çalışırıq”, - deyə qeyd edib.

Dünyada ən aşağı karbon izi ilə zirvə qurmağa davam edirik

Seda Mızraklı Ferik, indiyə qədər gerçəkləşdirilən sammitlərin onlayn bölmələrində istifadə etdikləri xüsusi texnologiya və 3D virtual reallıq sistemi ilə "fiziki" sammitə qatılma hissini yaşatdıqlarını vurğulayıb və yayım keyfiyyəti mükəmməllikləri ilə fərq yaratdıqlarını qeyd edib. Ferik, keçən il on minlərlə insanın iştirakı ilə keçirilən zirvənin dünyanın "ən aşağı karbon ayaq izi" ilə qeydə alındığını və qlobal M.I.C.E. sektorunun lider şirkəti olmaqdan xoşbəxt olduqlarını, bu istiqamətdəki işlərini davam etdirəcəklərini bildirib.

“Bilik paylaşdıqca böyüyür”

Seda Mızraklı Ferik, Asiya ilə Avropanın görüş nöqtəsi olan İstanbulda marketinq sektorunun lider xarakterli ulduzlarını qarşılamaqdan böyük həyəcan duyduğunu bildirib: “Bilik paylaşdıqca böyüyür. Ümid edirəm ki, iştirakçılar Qlobal Marketinq Zirvəsində əldə etdikləri bilik və təcrübəni şirkətlərindəki həmkarları ilə bölüşəcək, bilik və təcrübə dalğa şəklində bütün dünyaya yayılacaq”.

Keçən il 143 ölkədən 60.000 iştirakçı Türkiyədə marketinq sektorunda ən çox məruzəçi və C səviyyəli icraçı məruzəçilərin ən çox iştirak etdiyi qlobal tədbir olan Qlobal Marketinq Zirvəsini izləyib.

Sammitdə çıxışları ilə dəyər qatacaq digər şəxslər haqqında ətraflı məlumat üçün https://globalmarketingsummit.org/ saytını ziyarət edə bilərsiniz.

Tədbirin təşkilatçı şirkəti KREA M.I.C.E. haqqında qısa məlumat

2002-ci ildə sektorun veteranı Seda Mızraklı Ferik tərəfindən qurulan KREA; KREA M.I.C.E. (Toplantı, Səyahət, Konqres, Tədbir Menecementi), KREA DIRECT, KREA DIGITAL, KREAHR, KREA Disrupt (Underline Reklam) şirkətləri ilə 360 dərəcə müştəri məmnuniyyəti yaradan və 300-dən çox brendə oflayn və onlayn xidmət göstərən şirkətlər qrupudur. KREA yarandığı gündən bugünə kimi yüzlərlə aparıcı təşkilata 5500-dən çox layihədə xidmət edib. KREA Qrup şirkəti olan KREA M.I.C.E., yerli və beynəlxalq iclas, konqres, konfrans təşkilatçılığı, 500-dən çox tədbir və diler görüşləri, daxili kommunikasiya iclasları, 1000-dən insan üçün korporativ motivasiya tədbirləri, ölkədaxili və beynəlxalq biznes xarakterli səfərlər təşkil edən A Qrupu Səyahət Agentliyi olaraq faəliyyət göstərir.

Pandemiya dövründə bütün tədbirləri rəqəmsal platformaya daşıyan KREA M.I.C.E., 2021-ci ildə yeni bir irəliləyiş etdi və öz brendi ilə beynəlxalq səviyyədə böyük iştirakçı kütləsi cəlb edərək nüfuzlu və yüksək səviyyəli liderlik zirvələri keçirməyə başladı. Çoxsaylı beynəlxalq mükafata layiq görülən KREA M.I.C.E. şirkəti, fəaliyyət göstərdiyi sektorun Oskarları sayılan Ace of M.I.C.E.-də Türkiyənin “Ən Yaxşı Tədbirlərin İdarə Edilməsi və Toplantı Şirkəti” seçildi və 2020 Eventex Global Event Awards-da dünya üzrə birinci oldu.

2021-ci ilin mart ayında Türkiyədə indiyə qədər keçirilən ən böyük insan resursları və liderlik zirvəsi olan "Qlobal HR Zirvəsi 2021"i təşkil etdi və Türkiyədən toplantı sektorunda ilk dünya brendini yaratmağa müvəffəq oldu. Ardınca KREA M.I.C.E. şirkəti, 19-22 oktyabr tarixlərində Türkiyənin toplantı sektorunda marketinq sahəsində ən qlobal, ən əhatəli və ən yüksək səviyyəli beynəlxalq tədbir olan “Qlobal Marketinq Zirvəsi 2021”i təşkil etdi və bu Sammitdə 143 ölkədən 53 min 392 nəfər iştirak etdi. Bu göstəricilər əsasında, Türkiyədə keçirilən ən böyük Marketinq Zirvəsi və bu sahədə Türkiyədən çıxan ilk dünya brendi oldu. KREA M.I.C.E. ötən il 30 mindən çox iş adamının səs vermə mərhələsində iştirak etdiyi və Türkiyənin ən nüfuzlu liderlik mükafatlarından biri olan Qızıl Lider Mükafatları brendinin yaradıcısıdır.

Bizimyol.info xəbər portalı qeyd edir ki, bu material tərəfdaşlıq çərçivəsində yayımlanır və kommersiya xarakteri daşımır.

Son xəbərlər
Bütün xəbərlər »