Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Türkiyə kəşfiyyatı İsrailin Ankaraya qarşı bütün addımlarını izləyir
Ərdoğan: Türkiyə kəşfiyyatı İsrailin Ankaraya qarşı bütün addımlarını izləyir

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, onun ölkəsinin kəşfiyyat xidmətləri İsrailin Türkiyəyə qarşı bütün keçmiş və ehtimal olunan gələcək addımlarını izləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

“İsrail təcavüzünə göz yummaq olmaz. Hazırda kəşfiyyatımızın köməyi ilə biz təbii olaraq İsrailin Türkiyə ilə bağlı əvvəllər atdığı və ya gələcəkdə atacağı bütün addımları nəzarət altında saxlayırıq. İsrail təkcə hücum etdiyi Fələstin və Livanın sabitliyini hədəf götürmür, atəşi bütün bölgəyə yaymağa çalışır. Biz bütün bunları bilirik və boş oturmuruq. Və təbii ki, hökumətimiz cəmiyyətimizi təhdid edən hər cür riskləri müəyyən edib aradan qaldırmaq üçün səy göstərir”, - deyə Ərdoğan Serbiyadan qayıdan zaman jurnalistlərə İsrailin Suriyaya qarşı təhdid məsələsini şərh edərkən deyib.

Türkiyə lideri Qəzza zolağında tutduqları mövqeyə görə ingilis musiqiçisi Rocer Uotersə və Yunanıstanın keçmiş iqtisadiyyat naziri Yanis Varufakisə təşəkkür edib. “Qəzzada soyqırım hamının gözü qarşısında baş verdi və bəşəriyyətin tarixi biabırçılığından birinə çevrildi. İsraili soyqırımına görə məsuliyyətə cəlb etmək üçün qanun və diplomatiya yolu ilə nə lazımdırsa, etməyə davam edəcəyik”, - deyə Ərdoğan əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »