Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb. Yeni yanaşmaya görə, “Orta Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Biz “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”. Mövzu ilə bağlı ekspertlər də açıqlama verib. “Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir”,- deyə professor Ahmet Taşagıl vurğulayıb. Taşagıl qeyd edib ki, 19-cu əsrin ikinci yarısında Rusiya istilası nəticəsində Türküstan adı yerinə Orta Asiya anlayışı ortaya atılmışdır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, Türkiyənin belə bir addımın atması yəni təbii və önəmlidir. Çünki əslində bu gün türk xalqlarının hazırda yaşadığı ən böyük dövlətlərdən biri Türkiyədir. Bu mənada belə bir dəyişikliyin edilməsi təbiidir: “Türkiyənin qarşısına qoyulan hədəf və məqsədlərə çatmaq baxımından da, xüsusi önəm və əhəmiyyət daşıyan bir məsələdir. Bu məsələyə yanaşmamız və baxışımız belə olmalıdır. "Orta Asiya" dedikdə, burada coğrafi məkandan söhbət gedir. Türkiyənin burada türklərin yaşadığı yer, türklərin olduğu ərazi bu ifadə buranın türklərə aid olduğunu daha çox ifadə edən və bildirən ifadədir. Bunu hazırda Türkiyə edib”-deyən deputat hesab edir ki, gələcəkdə bu məsələni Azərbaycan nəzərdən keçirə bilər. Biz indi daha çox “ortaq əlifba” və s. lahiyələrlə bağlı çox ciddi bir işlərin həyata keçirildiyini, addımların atıldığı bir qərarın qəbul edildiyini gördük.
Ceyhun MəmmədovCeyhun Məmmədov deyir ki, sonrakı mərhələdə digər istiqamətlərdə davamlı olaraq, müxtəlif addımların atıldığını müşahidə edəcəyik.
“Burada əsas məsələ o birliyi, əməkdaşlığı, əlaqələri daha da gücləndirmək və daha da möhkəmləndirməkdir ki, Azərbaycan bu gün onu uğurla etməyə və həyata keçirməyə çalışır. Gələcəkdə bu məsələyə baxıla bilər və bu məsələ ilə bağlı müəyyən qərarlar qəbul edilə bilər”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






