Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni tədqiqatın münaqişə və sülh tədqiqatlarına təvazökar bir töhfə olacağına ümid edirik"
"Yeni tədqiqatın münaqişə və sülh tədqiqatlarına təvazökar bir töhfə olacağına ümid edirik"

"Təəssüflər olsun ki, qarşıdurmaların və böhranların yarısından çoxunun şahidi olan İslam Dünyası hələ də özünün əsas problemlərini həll edəcək sülh formulunu hazırlaya bilməyib. Özü də “sülh” olan bir din mənsubları üçün yalnız “xarici faktorlarla” izah edilə bilməyən bu vəziyyət cəsarətli bir hesablaşma və qətiyyətli bir quruluş kampaniyası tələb edir.

Bu araşdırma, geosiyasi transformasiyanın qanlı dayanacaqları olan Suriya və Yəmən hadisələri əsasında İslam Dünyası üçün vətəndaş sülh formulunun axtarışına və bu xaosdan çıxış yolunun axtarışına töhfə vermək məqsədi daşıyır.

O, mövcud potensialı şübhə altına alır və tələb olunan fəaliyyət üçün yol xəritəsini cızmağa çalışır. Münaqişələrdən tükənmiş coğrafiyaların uşaqları üçün sülh bəhrəsini verəcək bir zeytun ağacı əkmək məqsədi daşıyır.

Tədqiqatı dostlarımın və 20 ildir seminarlar keçirdiyimiz tələbələrin köməyi ilə həyata keçirdik. İstanbul, Ankara və Ərzurumdakı Diplomatik Akademiyaların mətbəxlərində bişirməyə davam etdiyimiz yeməklərin şəfalı olmasını diləyirəm.

Divan Araşdırma və Təhsil Dərnəyinin sədri cənab Sinan Çelikkola, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı cənab Mehmet Sekmenə, EBB Mədəniyyət İdarəsinin rəisi cənab Ergün Engin və həmkarlarına Akademiyalarımıza verdikləri dəyərə görə təşəkkür edirəm.

Bakıda əsərin ön sözünü yazmaq şansım oldu. İndi Azərbaycan və Türküstan üçün yeni əsərlər yazmağa başlamışıq", - deyə müəllif qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »