Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birləşmiş Millətlər Təşkilatı oktyabr ayında Kiprdə tərəfləri bir araya gətirəcəyini açıqlayıb
Birləşmiş Millətlər Təşkilatı oktyabr ayında Kiprdə tərəfləri bir araya gətirəcəyini açıqlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş oktyabrda tərəfləri qeyri-rəsmi məsləhətləşmələr üçün Kiprdə bir araya gətirəcək.

Bizimyol.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

Quterreşin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar və Cənubi Kipr Rum Administrasiyasının (GCASC) lideri Nikos Hristodulidis ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirdiyini bildirən Dujarrik, hər iki tərəfi oktyabr ayında qeyri-rəsmi məsləhətləşmələrə dəvət etdiyini qeyd edib.

Düjarrik bildirib ki, məsləhətləşmələr zamanı Kipr məsələsində irəliləyiş yolları müzakirə olunacaq.

"Hər iki tərəfin razılaşdığını sizə bildirməkdən məmnunuq", - deyən Düjarrik qeyd edib ki, məsləhətləşmələr böyük ehtimalla Nyu-Yorkda baş tutacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »