Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gamesummit Winter Edition 2024 Bakı İdman Sarayında oyun dünyasını birləşdirməyə hazırlaşır
Gamesummit Winter Edition 2024 Bakı İdman Sarayında oyun dünyasını birləşdirməyə hazırlaşır

Gamesummit Winter Edition 2024, 8 dekabrda Bakı İdman Sarayında keçiriləcək və video oyunlar və cosplay həvəskarları üçün bu qışın ən parlaq tədbirlərindən biri olacaq. Festival iştirakçıları video oyunlar, anime, cosplay və K-pop dünyasına baş vuraraq, kibersport turnirləri, rəqs qruplarının çıxışları və cosplay-şousu daxil olmaqla, zəngin proqramdan həzz ala biləcəklər.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanda yaradılmış oyunlara xüsusi diqqət yetiriləcək. Yerli istehsal tipli oyunların təqdimatları keçiriləcək, həmçinin yerli oyun sənayesinin yenilikləri ilə yaxından tanış olmaq üçün ekspozisiya zonası təşkil olunacaq.

Gamesummit Winter Edition 2024 tədbirində oyun yaradıcıları və həvəskarlar üçün hakaton təşkil ediləcək. Burada iştirakçılar yeni oyun ideyalarını təqdim edəcəklər.

Qeyd edək ki, Gamesummit Azərbaycanda video oyun sahəsində əsas tədbir kimi özünü təsdiqləyib. Belə ki, əvvəlki tədbirdə təxminən 27 min nəfər iştirak edib və Con Newman və oyun inkişafı üzrə ekspert Rami İsmail kimi ulduzlar çıxış edib. Bu təcrübə Gamesummit-ə beynəlxalq əhəmiyyətli festival statusu qazandırıb və qlobal miqyasda oyunçuların və mütəxəssislərin diqqətini cəlb edib.

Baxmayaraq ki, qış tədbiri yayda keçirilən beynəlxalq Gamesummit tədbiri ilə müqayisədə tərkib həcmi böyük olmayacaq, festivalın əsas konsepsiyaları dəyişməz qalacaq və iştirakçılara öz layihələrini təqdim etmək, yenilikləri araşdırmaq, eyni zamanda festivalın atmosferindən həzz almaq imkanı yaradacaq.

Həyəcan və əyləncə dolu Gamesummit Winter Edition 2024 tədbirinin bir parçası olmaq şansını qaçırmayın!

Biletləri rəsmi saytdan bu keçid vasitəsilə əldə edə bilərsiniz: https://iticket.az/events/other/game-summit-2024/128866

Tədbirin təşkili ilə bağlı bütün sualları tədbirin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə ünvanlaya bilərsiniz:

Son xəbərlər
Bütün xəbərlər »