Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Livanda baş verən texnoloji "terror" aktı münaqişələrin yeni mərhələyə keçidindən xəbər verir"
"Livanda baş verən texnoloji "terror" aktı münaqişələrin yeni mərhələyə keçidindən xəbər verir"

Livanda "Hizbullah"a qarşı "pager əməliyyatı" minlərlə insanın yaralanmasına səbəb olub. Ölənlər də var. "Hizbullah" liderlərinin və fəallarının "pager" cihazlarına detonasiya verir, partlayır və adamların əsasən əllərini, üzlərini yaralayır. Yüzlərlə "Hizbullah"çı gözlərindən məhrum olub. Bunun İsrail kəşfiyyatının əməliyyatı olduğu bildirilir. Bütün bunlar sadəcə iddiadır. Hələ ki, tam rəsmi sənədli-sübutlu bir açıqlama və fakt olmasa da, yaralanma görüntüləri yayılmağa başlayıb.

  • Cib telefonları ilə də terror edilə bilərmi?

  • Bunda qorunmağın yolları varmı?

Hadisə ilə əlaqədar ehtiyatda olan zabit, hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalının sorğusunu cavablandırıb.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

"Görünən odur ki, Hizbullah rəhbərliyinin daşıdığı "pager"lərin hamısında zamanında istehsalçı şirkət tərəfindən partlayıcı maddələr yerləşdirilib ki, bu da xüsusi kod ilə aktivləşdirilə bilərdi. Hansı ki, bu, belə baş verib. İndi istehsalçı şirkət, ölkə bunu nə qədər üstlənməsə də görüntü odur ki, bu, nöqtə zərbələri anlamına gəlir. Nöqtə zərbələrini də indi İsrail nə qədər də buna aidiyyəti olmadığını söyləsə də, bu, bir mərkəzdən planlaşdırılmadan, yönləndirilmədən bu qədər Hizbullah rəsmilərinin yaralanmasına, ölümünə gətirib çıxaracaq bir əməliyyat hazırlamaq mümkün deyil.

Görünən odur ki, artıq rabitə vasitələrinin, xüsusən də telefonların və ya "pager"lərin içərisinə xüsusi kodla yerləşdirilmiş və bu şifrələrlə idarə olunan partlayıcılarla istənilən "pager" daşıyıcısını sıradan çıxara bilməsi istisna deyil. Kütləvi şəkildə rabitə vasitələri, onu istehsal edən telefonların, ağıllı telefonların şirkətləri heç bir şəkildə hadisəni törədən bu vasitələrin onlara məxsus olduğunu öz üzərinə götürməz. Çünki bu, gələcəkdə bu məhsulların ciddi şəkildə satış problemlərinə, etibarsızlığa səbəb ola bilər. Buna görə də telefon istehsalçıları bundan maksimum çəkinməyə çalışa bilərlər. Amma artıq bu bir faktdır ki, "pager"lər vasitəsilə terror aktı həyata keçirilə bilərsə, demək ki, digər rabitə vasitələrinin üzərində də bu kimi əməliyyatları ağıllı texnologiyalar və süni intellekt vasitəsilə həyata keçirmək istisna deyil" - deyə, hərbi ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »