Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kriptovalyuta ilə məşğulluğu vergiyə cəlb etməkdənsə, buranı kriptovalyuta mərkəzinə çevirmək olar"
"Kriptovalyuta ilə məşğulluğu vergiyə cəlb etməkdənsə, buranı kriptovalyuta mərkəzinə çevirmək olar"

Son zamanlar Azərbaycanda kriptovalyuta ilə məşğul olan şəxslərlə bağlı yeni vergi qaydalarının tətbiq oluna biləcəyindən bəhs edilir. Kriptovalyuta ticarəti onlayn biznes mühiti olduğundan bu sahəyə vergi qanunlarının tətbiqi və ona nəzarət olduqca mürəkkəbdir. Bəs Azərbaycanda belə bir qanun layihəsinin tətbiqi nə qədər uğurlu ola bilər?

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının sorğusunu cavablandırıb. İqtisadçının fikrincə, liberal qanunlar olsa, insanlar Azərbaycanda hesab açandan sonra vergini də bu ölkənin xəzinəsinə ödəyə bilərlər:

Natiq Cəfərli Natiq Cəfərli

"Kriptovalyuta bazarında fəaliyyət göstərənlərin bir çoxu Azərbaycanda əgər yerli banklardan qeydiyyatdan keçiblərsə, zatən hər əməliyyata bank xərcləri ilə birgə vergi də ödəyirlər. Ümumilikdə götürsək, əksər insanlar xarici banklarda hesab açır, xarici platformalarda - kriptobirjalarda qeydiyyatdan keçirlər və nəticə etbarı ilə Azərbaycan hökuməti buna nəzarətetmə imkanına da malik deyil. Yəni bu, çox ağır bir sahədir. O mənada ki, bu sahəyə nəzarət mümkünsüzdür. Ona görə də bu qanun layihəsi qəbul olunsa belə, Azərbaycanda azsaylı insanlar və bu sahəni bilən kəslər həmin məsələ ilə məşğuldurlar. Onlar gedib Gürcüstanda və Türkiyədə hesab açacaqlar və oradan əməliyyatları həyata keçirəcəklər. Bu adamları vergiyə cəlb etməkdənsə, Qazaxıstan kimi Azərbaycanın da kriptovalyuta mərkəzlərindən birinə çevirməyə ehtiyac var. Yəni əksinə, daha liberal qanunlar olmalıdır ki, qonşu ölkələrdən gəlib, Azərbaycanda hesab açıb, bu ölkədə kriptovalyuta ilə məşğul olsunlar və vergini Azərbaycana ödəsinlər" - deyə, iqtisadçı-ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »