Alman avtomobil nəhəngi “Audi” şirkətinin italiyalı direktoru Fabrizio Longo Adamello dağlarına dırmaşarkən 3 min metr hündürlükdən yıxılaraq dünyasını dəyişib. 2013-cü ildən “Audi”də menecer işləyən Longonun yıxıldığını görən alpinist 62 yaşlı Lonqoya kömək etmək istəsə də, o, hadisə yerində dünyasını dəyişib.
Bizimyol.info xəbər verir ki, “The Sun”un verdiyi məlumata görə, xilasetmə qrupları tərəfindən cəsədi hadisə yerindən çıxarılan Longonun ölümü ilə bağlı İtaliya Prokurorluğu istintaqa başlayıb.
Meyit ailəyə təhvil verildikdən sonra dəfn tarixinin açıqlanacağı bildirilib.
Longo 1987-ci ildə “Fiat”da avtomobil sənayesində karyerasına başlayıb. 2002-ci ildə “Lancia” brendinin məsuliyyətini üzərinə götürən Longo 2012-ci ildə “Audi”yə qoşulub və 2013-cü ildə şirkətin İtaliya filyalında direktor olub.
Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Flavio Roda ölüm xəbərini alan Lonqoya başsağlığı məktubu dərc edib.
Roda başsağlığı mesajında: “İllərdir Longo ilə səmərəli əməkdaşlıq edən federasiyamız üçün bu, çox üzücü itkidir. Bu böyük kədər günündə onun ailəsini və “Audi” İtaliya işçilərinə dər kədər hissi keçirdiyimizi bildiririk”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






