Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bilmirsinizi soruşun, aldığınız cavabı bir daha düşünün
Bilmirsinizi soruşun, aldığınız cavabı bir daha düşünün

“Microsoft”un vitse-prezidenti Vik Sinq bildirib ki, “Süni intellekt alətləri şirkətlərə xeyli vaxt və pul qənaət edəcək, lakin modellər “nə edəcəklərini bilmədiklərini qəbul etməyi öyrənməlidirlər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Sinq "AFP"yə müsahibəsində deyib.

“Açığı, bu gün əsl çatışmayan model əlini qaldırıb “Ey, əmin deyiləm, köməyə ehtiyacım var” deməməsidir”, - deyə o bildirib.

Keçən ildən bəri “Microsoft”, “Google” və onların rəqibləri məhsuldar “AI” tətbiqlərini sürətlə inkişaf etdiriblər; Lakin irəliləyişlərə baxmayaraq, bu modellər bəzən cavablarda yanlışlığa yol verə bilir.

Onlara verilən sualların yüzdə 50-ni belə real bir insana yönləndirən chatbotların əhəmiyyətli miqdarda pula qənaət edəcəyini ifadə edən Sinq, bunları söyləyib: “Microsoft müştəri xidməti nümayəndəsinin cavablandırdığı hər bir sual üçün 8 dollar xərclənir. Buna görə də süni intellekt alətləri əhəmiyyətli qənaətlər təmin edir və müştərilər daha sürətli cavablar alırlar”, - deyə o bildirib.

Lumen adlı telekommunikasiya şirkətini misal gətirən “Microsoft” rəsmisi bildirib ki, şirkət süni intellekt alətlərindən istifadə etməklə ildə 50 milyon dollar qənaət edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »