Araşdırmaya görə, havanın çirklənməsi və sosial-iqtisadi bərabərsizlik kimi səbəblər beyin yaşının xronoloji yaşdan daha artıq olmasına səbəb olur.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çilidəki Adolfo İbanez Universiteti tərəfindən aparılan bir araşdırma, "beyin saatı" deyilən bir faktorun olduğunu və beyin saatı ilə xronoloji yaş arasında fərq ola biləcəyini ortaya çıxarıb.
Tədqiqatın aparıcı müəllifi nevroloq Agustin Ibanez: "Beynin qocalması təkcə illər deyil. Bu, həm də harada və necə yaşamağınızdan, sosial-iqtisadi səviyyənizdən və ətrafınızdakı çirklənmədən asılıdır", - deyə qeyd edib.
Araşdırmada Türkiyənin də olduğu 15 ölkədən bəziləri sağlam, bəziləri demans xəstəsi olan 5306 iştirakçının beyin məlumatları araşdırılıb. Tədqiqatçılar beyin bölgələrinin bir-biri ilə qarşılıqlı əlaqə dərəcəsinin ölçüsü olan funksional əlaqənin mürəkkəb formasını qiymətləndirərək beynin qocalmasına baxıblar.
Funksional əlaqənin yaşla azaldığı bildirilsə də, gender bərabərsizliyinin yüksək olduğu Latın Amerikası ölkələrində qadınların beyin yaşı ilə xronoloji yaş arasındakı fərqin bu ölkələrdə kişilərə nisbətən daha çox olduğu müşahidə edilmişdir. Demanslı insanların beyin yaş fərqlərinin də daha böyük olduğu müəyyən edilib.
Qadir, Bizimyol.info






