Bu günün sürətli tempində hamımız vaxta qənaət etməyin yollarını axtarırıq.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, işə getməyə, yığıncaqlara qatılmağa və sosial həyatımızı tarazlaşdırmağa çalışarkən, çoxumuz tez qəlyanaltı yeməyə üstünlük veririk.
"Nə oldu canım, bir az tez yedim, heç nə olmayacaq", - deyə düşünürsənsə, bəlkə bir daha düşünməlisən.
Düzdür, sürətli yemək vaxta qənaət edir, bəs bu, sağlamlığınıza necə təsir edir?
Sürətli yemək vərdişlərinin metabolik təsirləri
Sürətli yemək əslində bədənimizin doyduğunu anlamağa imkan vermədən daha çox yeməyə səbəb olur. Beynimizin mədədən gələn “mən doydum” siqnallarını qəbul etməsi təxminən 20 dəqiqə çəkir. Sürətlə yediyimiz zaman bu siqnallar beynimizə çatana qədər lazım olduğundan artıq yeyirik.
Tədqiqatlar göstərir ki, sürətli yeyənlərin bədən kütləsi indeksi (BMI) yavaş yeyənlərə nisbətən daha yüksəkdir. Bu, piylənmə riskinin artdığını göstərir.
Həzm problemləri də sürətli yeməklə bağlıdır
Həzm sistemimiz qidaları düzgün şəkildə parçalayaraq qida maddələrinin sorulmasını təmin edir, lakin tez yediyimiz zaman qida düzgün çeynəmədən mədəmizə çatır.
Bədənin haqlı üsyanı başlayır və mədə ağrıları, şişkinlik və qaz kimi narahatlıqlar baş verir. Uzun müddətdə bu vəziyyət həzm sisteminin pozulmasına və mədə yanmasına səbəb olur.
Şəkər və ürək xəstəliklərinə təsirlərini unutmaq olmaz
Sürətli yemək təkcə həzm sisteminə deyil, həm də ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Tədqiqatlar göstərir ki, sürətli yemək yeyən insanlarda insulin müqaviməti arta bilər və bu, tip 2 diabet riskini artıra bilər.
Qeyd etmək lazımdır ki, sürətli yemək yeyən insanlarda xolesterinin (LDL) səviyyəsi də yüksək olur. Bu ürək xəstəliklərini dəvət etmək deməkdir.
Necə daha yavaş yemək və sağlam vərdiş qazanmaq olar?
Sağlamlığınız üçün əhəmiyyətli bir addım atmaq istəyirsinizsə, sürətli yemək vərdişindən əl çəkməlisiniz. Vaxtınızı ayırın və hər dişləməni ən azı 20-30 dəfə çeynəməyə çalışın.
Yemək yeyərkən diqqətinizi yayındıran şeylərdən (televiziya, telefon) uzaq durun. Bütün bunlarla siz nəinki sağlamlığınızı qoruya, həm də yeməkdən həzz ala bilərsiniz.
Qadir, Bizimyol.info






