Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada əhalinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahatdır
Böyük Britaniyada əhalinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahatdır

İngiltərədə aparılan sorğuda əhalinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahat olduğunu, 60 faizi isə sosial media şirkətlərinin ifrat sağçı zorakılıq qarşısında pis sınaqdan keçdiyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "İpsos" araşdırma şirkətinin 9-12 avqust tarixləri arasında 16-75 yaş arası 1100 iştirakçı ilə keçirdiyi "Britaniya Bölündü" adlı sorğu ölkədə bir çox mövzuda narahatlıqların yüksək olduğunu ortaya qoydu.

Anketə görə, iştirakçıların yüzdə 85-i ölkədə ayrılıq olduğunu, yüzdə 84-ü ölkədəki ictimai xidmətlərin, yüzdə 83-ü isə İngiltərə iqtisadiyyatının həyəcan verici səviyyədə olduğunu ifadə edib.

Ölkədə iyulun sonunda başlayan və təxminən bir həftə davam edən ifrat sağçı zorakılıqdan sonra aparılan sorğuya qatılanların yüzdə 73-ü ifrat sağın yüksəlişinin narahatlıq doğurduğunu qeyd edib. İfrat sağın yüksəlişindən narahat olduqlarını ifadə edənlərin sayı mart ayından etibarən 11 bal artarkən, həddindən artıq solçuların yüksəlişindən narahat olduqlarını deyənlərin nisbəti 7 bal artaraq yüzdə 59-a çatıb. İştirakçıların 84 faizi ifrat sağçı zorakılığın baş verdiyi bölgələrdə əhalinin təhlükəsizliyindən narahat olduqlarını da vurğulayıb.

Əhalinin 57 faizi polisi ifrat sağçı hadisələrin öhdəsindən gəlməkdə müvəffəq hesab etdiyi halda, Baş nazir Keir Starmeri müvəffəqiyyətli görənlərin nisbəti yüzdə 39, Daxili İşlər Naziri İvette Kuperi müvəffəqiyyətli bilənlər nisbəti isə yüzdə 30, Müvəffəqiyyətli siyasətçilərin nisbəti yüzdə 21 olub.

Ana müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri Rişi Sunakın ifrat sağçı zorakılıqla mübarizədə “yaxşı iş gördüyünü” ifadə edənlərin nisbəti yüzdə 13, ifrat sağçı İngiltərə İslahat Partiyasının lideri Naycel Farajı eyni məsələdə uğur qazandığını düşünənlərin nisbəti 21 faiz təşkil edib.

Hadisələr zamanı Starmerin tənqid hədəfinə çevrilən sosial media şirkətləri, hadisələri ictimaiyyətin gözü qarşısında həll edə bilməyib. Sosial media şirkətlərini uğurlu tapanların nisbəti yüzdə 12, uğursuz hesab edənlərin nisbəti isə yüzdə 60 olub.

İngiltərədə cinayətlərin və antisosyal davranışların böyük problem olduğunu ifadə edənlərin nisbəti yüzdə 86 ikən, qadınların yüzdə 55-i, kişilərin isə yüzdə 42-si cinayətin qurbanı olmaqdan narahat olduqlarını bildiriblər.

2018-ci ilin dekabr ayında ictimaiyyətin 31 faizi insanların siyasi baxışlarındakı fərqlərin cəmiyyət üçün təhlükəli olduğu qədər bölücü olduğunu düşünürdüsə, bu nisbət "Britaniya Bölündü" sorğusunda yüzdə 51 olaraq əksini tapıb.

Sorğuda iştirak edənlərin 73 faizi ölkədəki demokratiyanın vəziyyətindən, 74 faizi isə dini ekstremizmdən narahat olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »