Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: 10 ildən sonra milyonlarla insanın Neuralink implant istifadə edəcək
Mask: 10 ildən sonra milyonlarla insanın Neuralink implant istifadə edəcək

Elon Mask bildirib ki, qarşıdakı 10 il ərzində milyonlarla insan Neuralink beyin implantlarından istifadə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkə hesabında yazıb.

"Hər şey yaxşı olarsa, bir neçə il ərzində yüzlərlə insan Neuralink-ə sahib olacaq, bəlkə də 5 il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insan bundan istifadə edəcək", - deyə milyarder qeyd edib.

Neuralink startapı Maskın şirkətləri tərəfindən 2016-cı ilin iyulunda yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Milyarder hesab edir ki, bu cür qurğular insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək süni intellekti idarə etməyi öyrənməyə kömək edəcək.

Yanvarın 28-də Neuralink insan beyninə ilk dəfə implant yerləşdirdi. Avqustun əvvəlində Mask implantın ikinci xəstəyə quraşdırıldığını elan etdi. Qurğu iflic olan şəxsə kompüteri idarə etməyə imkan verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »