Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Silahlı qüvvələrin müxtəlif hərbi vasitələrini özəl sektorun təmin etməsi dövlətin yükünü azaldacaq"
"Silahlı qüvvələrin müxtəlif hərbi vasitələrini özəl sektorun təmin etməsi dövlətin yükünü azaldacaq"

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib. Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib. Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, dünyada bununla bağlı çox böyük təcrübə var. Hərbi sənaye kompleksləri, yəni özəl sektorla bilavasitə təmasda olaraq, məsələlərə cəlb olunurlar.

Şair Ramaldanov Şair Ramaldanov

“Məsələn, Türkiyədə son zamanlar istehsalla bağlı 2 mindən yuxarı özəl şirkətin iştirakı haqqında məlumat var. Bu, düzgün bir istiqamətdir. Özəl sektor hər cür istehsala malikdir. Təbii ki, özəl sektor digər məhsullar kimi hərbi məhsulları da qanunda nəzərdə tutulmuş şəkildə və müəyyən hüquqi və digər istehsal tələblərinə, keyfiyyətə cavab verən məhsul buraxarsa, niyə də müdafiə sənayemiz işləməsin?! Azərbaycanda geyim, əşya xidmətləri və s. digər xidmətlərlə bağlı özəl sektor üçün tenderlər keçirilir. Bu şəkildə hərbi texnikanın da istehsalında lazım olan komponentləri məhz özəl sektorun imkanları çərçivəsində, yəni özəl sektoru cəlb etməklə dövlətin hərbi sahədə hərbi texnika ilə bağlı yükünü azalda bilər”-deyən ekspert vurğulayıb ki, bugün demək olar ki, dünyanın bütün ölkələrində bu proses gedir. Azərbaycanda da bu müəyyən şəkildə var, sadəcə bir keçid dövrü var idi.

Ekspertin fikrincə, bu gün bununla bağlı dünyada olan təcrübədən faydalanaraq, Azərbaycanda artıq müdafiə sənayesi ilə və yaxud hərbi texnika istehsalı ilə bağlı təcrübədən irəli gələrək bu məsələni artıq qanuniləşdirməyin zamnaı gəlib.

Şair Ramaldanov qeyd edib ki, silah və texnikanın satın almasında da özəl sektor iştirak edə bilər.

“Necə ki, digər məhsulları Azərbaycana gətirirlər, məsələn avtomobillər və yauxd digər avadanlıqlar kimi hərbi texnika da gətirilə bilər. Özəl sektorun bu işdə geniş iştirakı isə, ümumi işin xeyirinə olar”-deyən ekspert bildirib ki, özəl sektor bu prosesdə iştirak etsə də, son qərarları mütəxəssislər verirlər.

“Bu mütəxəssislər ilk növbədə hansı hərbi təyinatlı məhsula daha çox ehtiyac varsa və hansı daha faydalıdırsa, bununla bağlı məlumatlar verirlər. Daha sonra özəl sektor bu prosesdə tender formasında və digər formada iştirak edirsə, hər iki tərəfi qane edən şəkildə öz təkliflərini irəli sürərək, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirirlərsə, bu zaman işin ziyanına heç nə ola bilməz”-deyən Şair Ramaldanov hesab edir ki, gələcəkdə özəl sektorun Azərbaycanın silahlı qüvvələrini texnika ilə və yaxud silah-sursatla, avadanlıqla təmin edilməsində iştirakı müsbət nəticələr verəcək.

“Dövlət qurumları təkcə, digər ölkələrin hərbi sənaye komplekslərinə və yaxud müdafiə sənayesi ilə deyil, daha geniş şəkildə özəl sektorunda iştirakı ilə, özəl sektorun xariclə olan istehsal əlaqələrindən istifadə edərək Azərbaycanın silahlı qüvvələrini qoyduğu tələblərə cavab verəcək şəkildə texnika, silah-sursat və ya digər hərbi avadanlıqla təmin edə bilər. Yenə də son sözü mütəxəssislər deyəcək”-deyən ekspert hesab edir ki, bəlkə də dövlətin yükünü bu prosesdə azaltmaq lazımdır və bu təcrübə bütün dünyada artıq öz yerini tapıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »