Amerikalı milyarder İlon Maskla Avropa İttifaqı arasında gərginlik artmaqdadır.
Bizimyol.info xəbər verir ki, Avropa Parlamentinin üzvü Sandro Qozi bəyan edib ki, Mask AB qanunlarına əməl etməsə, “X” platforması Avropada tamamilə qadağan edilə bilər.
Avropa ilə ABŞ milyarderi İlon Mask arasında böhran böyüyür. Bu gərginlik Muska məxsus sosial media platforması “X”in bütün Avropada tamamilə qadağan edilməsinə səbəb ola bilər.
İtaliyanın “La Repubblica” qəzeti “X”in bağlana biləcəyi ilə bağlı məlumat paylaşıb. Xəbərlərdə Avropa Parlamentinin üzvü və Yeniləmə Qrupunun sədrlik üzvü olan Avropa Demokrat Partiyasının baş katibi Sandro Qozinin açıqlamalarından istifadə olunub. “Elon Mask Aİ-nin Rəqəmsal Xidmətlər Aktına əməl etməsə, Aİ Komissiyası kontinental operatorlardan “X”i bloklamağı xahiş edəcək”, - deyə Qozi bildirib.
Qozi həmçinin təklif edib ki, ən ekstremal halda komissiya platformanın Avropa İttifaqı ərazisində tam qadağan olunmasını tələb edəcək. Sözügedən açıqlama Mask ilə AB arasında son həftələrdə artan gərginlik dövründə baş verib. Gərginliyin əsas məqamı keçən həftə Maskın Donald Trampla müsahibəsi və bunu “X”də dərc etməsi ilə ortaya çıxıb.
Bu müsahibə Aİ-nin reaksiyasına səbəb oldu və Aİ-nin daxili bazardan məsul komissarı Thierry Breton Maskı DSA çərçivəsində qanuni öhdəliklərə əməl etməyə çağırıb.
Qadir, Bizimyol.info






