Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Boeing" servisinin nasazlığı nəticəsində təxminən iki aydır kosmos stansiyasında qapalı qalan iki astronavtın gələn ilə qədər kosmos stansiyasında saxlanılıb-saxlanmayacağına hələ qərar vermədiklərini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, NASA faktiki olaraq iki həftədir kosmos stansiyasına göndərilən, lakin "Boeing"in Starliner servisinin nasazlığı nəticəsində iyun ayının əvvəlindən kosmos stansiyasında qapalı qalan iki astronavtın Yerə qayıtması ilə bağlı açıqlama verib.
Mətbuat konfransında danışan NASA-nın kosmos əməliyyatları missiya rəhbərlərindən Ken Boversok, astronavtların geri qayıtması üçün qəti bir tarixin olmadığını açıqlayıb.
Boversok, kosmik stansiyada qalan astronavtlar Butç Uilmore və Suni Uilliamsın "SpaceX"in 2025-ci ilin fevral ayında keçiriləcək ekspedisiyasına qədər Beynəlxalq Kosmik Stansiyada saxlanılıb saxlanmayacağına dair qərarın bir neçə həftə ərzində veriləcəyini açıqladı.
Boversok həmçinin qeyd edib ki, nasaz "Boeing" servisinin Yerə boş dönməsinə icazə verilib-verilməməsi ilə bağlı hələ qərar verilməyib.
Boversok, qərar vermədən əvvəl daha çox məlumatı təhlil edəcəklərini bildirib: "Starlineri yerə gətirmək üçün vaxtımız var və biz bu vaxtdan ağıllı şəkildə istifadə etmək istəyirik", - deyib.
Starliner servisindəki problemin həllini gözləmək variantından başqa, "SpaceX"in 2025-ci ilin Fevral ekspedisiyasında 4 astronavt yerinə iki yerin boş göndərilməsi və Vilmore və Uilliamsın bu vasitə ilə geri gətirilməsi ehtimalı da astronavtların xilasetmə variantları arasındadır.
İki təxirə salınmadan sonra "Boeing" iyunun 5-də iki NASA astronavtını daşıyan Starliner servisini ilk dəfə kosmosa göndərib. Helium sızması aşkar edən Starliner servisində aparılan araşdırmalara baxmayaraq, problemin mənbəyi tapıla bilməyib və onun Yerə qayıtması dörd dəfə təxirə salınıb.
Kosmik stansiyada bir həftə qalması planlaşdırılan NASA astronavtlarının qayıdış tarixi və necə qayıdacaqları ilə bağlı hələlik dəqiq bir məlumat yoxdur.
Qadir, Bizimyol.info






