Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiçik Kennedi Nyu-York məhkəməsinin qərarı ilə seçkilərdə namizəd kimi qeydiyyata alınmayıb
Kiçik Kennedi Nyu-York məhkəməsinin qərarı ilə seçkilərdə namizəd kimi qeydiyyata alınmayıb

Nyu-York ştatının Ali Məhkəməsi Demokratlar Partiyasının namizədi və hazırkı vitse-prezident Kamala Harrisin tərəfdarlarının şikayətindən sonra müstəqil namizəd Robert Kennedinin ştatda prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçməsini rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN hakimin qərarına istinadən məlumat yayıb.

Verilən məlumata görə, məhkəmə bu qərarı Clear Choice təşkilatından Harris tərəfdarlarının kiçik Kennedinin Nyu-York ştatında saxta yaşayış ünvanı verdiyi, əslində isə Kaliforniyada yaşadığı barədə şikayətindən sonra verib. “Hakim müəyyən edib ki, siyasətçinin Nyu-Yorkdakı iqamətgahı “yanlışdır” və “seçiciləri qeydiyyata almaq və ştatda öz siyasi məqsədlərinə çatmaq” üçün istifadə olunub”, - deyə telekanal qeyd edir.

CNN xəbər verir ki, kiçik Kennedi Demokrat Partiyasının "demokratiyaya hörmətsizlik nümayiş etdirdiyini" və qərara etiraz etməyi planlaşdırdığını bildirib. “Onlar (demokratlar) seçkidə qalib gələ biləcəklərinə əmin deyillər, ona görə də seçiciləri seçim hüququndan məhrum etməyə çalışırlar. Biz apellyasiya şikayəti verəcəyik və qalib gələcəyik”, - deyə telekanal onun sözlərindən sitat gətirib. Qeyd olunur ki, hazırda siyasətçinin 17 ştatda seçkilərdə iştirakına icazə verilib.

Ölkədə prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını ABŞ-ın hazırkı prezidenti Co Baydenin təmsil edəcəyi güman edilirdi, lakin onun iyun ayında Respublikaçı Donald Trampla debatındakı fəlakətli çıxışından sonra demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar daha da gücləndi. İyulun 21-də o, yarışdan imtina etmək qərarına gəlib və Harrisin ABŞ hökumətinin ən yüksək vəzifəsinə namizədliyini dəstəklədiyini elan edib.

Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »