Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hörmüz boğazından gəmilərin keçidi minimuma enib
Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb.

"Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb.

Məlumata görə, cəmi bir neçə gün əvvəl boğazdan 18-22 gəmi keçirdisə, son 12 saat ərzində altı gəmi müşahidə edilib.

Eyni zamanda, şirkət qeyd edir ki, gəmilərin öz yerlərini gizlətmək üçün transponderlərini söndürdükləri "gizli tranzitlərin" sayı artır.

Daha əvvəl "Axios" portalı bildirib ki, ABŞ hökuməti İrandan ən geci şənbə gününədək Hörmüz boğazının gəmilər üçün tamamilə açılmasını tələb edir. Bunun əvəzində ABŞ ordusu İranın obyektlərini atəşə tutmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »