İsrail Müdafiə Qüvvələri Amerikanın “Amazon”, “Google” və “Microsoft” şirkətlərinin bulud hesablama xidmətlərindən hərbi məqsədlər üçün istifadə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, “Amazon Web Services”, “Google Cloud” və “Microsoft Azure” İsrail silahlı qüvvələri tərəfindən kəşfiyyat xarakterli pilotsuz təyyarələrdən alınan məlumatları və raket zərbələri üçün hədəf təyinatını saxlamaq üçün istifadə olunur.
Bundan əlavə, məlumatların emalı zamanı süni intellektdən istifadə olunur.
Qadir, Bizimyol.info






