Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim fəalları Messinin İspaniyadakı evinin divarlarına boya atıblar
İqlim fəalları Messinin İspaniyadakı evinin divarlarına boya atıblar

İspan iqlim fəalları argentinalı futbolçu Lionel Messinin 11 milyon avroya aldığı İbizadakı malikanənin ağ divarlarını qara-qırmızı rəngə boyayıblar.

Bizimyol.info xəbər verir ki, dünyanın ən yaxşı futbolçularından biri olan Messinin İbizadakı malikanəsi iqlim fəallarının hədəfinə çevrilib.

“Futuro Vegetal” adlı qrup Messinin İspaniyanın İbiza adasındakı dəbdəbəli malikanəsinə girərək divarları qırmızı və qara rəngə boyayıb. Fəallar malikanənin qarşısında “Planetə kömək et, varlılardan al, polisi ləğv et” yazılmış pankartla pozalar da veriblər. Bu aksiya dünya mətbuatında və sosial mediada geniş əks-səda doğursa da, fəalların mesajları müzakirə mövzusuna çevrilib.

Futuro Vegetal tərəfindən edilən şərhdə: “Biz Messinin İbizadakı qeyri-qanuni malikanəsinə rəng qatdıq. Bu malikanə futbolçunun 11 milyon avroya həddindən artıq böyük məbləğə aldığı qeyri-qanuni tikilidir. Bu baş verərkən təkcə Balear adalarında isti dalğasının birbaşa nəticəsi olaraq 2-4 nəfər ölüb. Əhalinin ən zəngin 1 faizi ən yoxsul üçdə ikisi ilə eyni miqdarda karbon emissiyasına cavabdehdir. Bu, yalnız dövlət orqanlarının həyatı üçün təhlükə yaradan iqtisadi-sosial sistemi dəstəklədiyi üçün mümkündür. İfrat sağçılar böhranda mühacirləri günahlandırsa da, daha yaxşı dünya üçün mübarizə aparan bizlər problemin sosial bərabərsizlikdə olduğunu açıq-aydın bilirlər. İqlim böhranı ilə mübarizə aparmaq üçün radikal sistem dəyişikliyinə ehtiyacımız var”, - deyə qeyd edilib.

Messi bu günə qədər ona qarşı edilən bu hərəkətlə bağlı şərh verməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »