Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Texnoloji cihazlardan normadan artıq istifadə uşaqların psixoloji və fiziki sağlamlığına zərər verir"
"Texnoloji cihazlardan normadan artıq istifadə uşaqların psixoloji və fiziki sağlamlığına zərər verir"

Son illərdə planşet istifadəsinin artması uşaqlarda duruş pozğunluqları və skolyoz riskini də gətirir. Yay tətilində uzun saatlarla ekran qarşısında qalan uşaqlar üçün təhlükə daha da artır. Türkiyədə uşaqlarda skolyoz (onurğa əyriliyi) tezliyi qızlarda oğlanlara nisbətən 10 dəfə çoxdur. Uşaqlarda skolioz, xüsusilə diaqnostik imkanların artması ilə son illərdə təxminən iki dəfə artmışdır. Mütəxəssislərin fikrincə,uşaqlarda bu fəaliyyətlər məhdudlaşdırılmalı və nəzarətsiz istifadənin qarşısı alınmalıdır. Türkiyədə uşaqlarda skolyoz xəstəliyi təxminən 3 faizdir və bu nisbət qızlarda oğlanlara nisbətən 10 dəfə yüksəkdir. Uşaqlarda onurğa sağlamlığı vacibdir, lakin bu, inkişaf çağında olan uşaqlarda xüsusilə vacibdir.

Psixoloq Zeynəb Eyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, telefon, planşet, kompüter və s. əgər gündə 2 saatdan çox istifadə edilirsə, bu uşaqda psixoloji nöqteyi nəzərdən diqqət pozuntusu, yaddaş problemi və öyrənmə çətinliyi yaradır. Məsələn; uşaq əvvəllər 1 səhifə kitabı oxuyurdusa və 3 dəfə oxuyanda onu yadında saxlayıb nəql etməsi var idisə, artıq indi 10 dəfə oxusa da onu qavraya bilmir”-deyə psixoloq bildirib.

Psixoloq Zeynəb Eyyubova Psixoloq Zeynəb Eyyubova

Zeynəb Eyyubovanın sözlərinə görə, bu kimi vasitələrdən istifadə edən uşaqlarda digər fiziki problemlər də özünü göstərə bilər.

“İstənilən bir mövqedə əyilərək və yaxud düzgün oturuşda olmadan tabletlərə, planşetə və yaxud nəyəsə baxsalar, fiziki problemlərin yaranması labüddür. Eyni zamanda ən dəhşətli və ən bizi narahat edən xüsusiyyət uşaqlarda yemə pozuntusunun yaranmasıdır. Bu kimi vasitələrdən istifadə edən uşaqlarda doyma siqnalı olmur. Uşaqlar doymur. Uşaqlar planşetə baxa-baxa yemək yeyir və nə qədər yediyinin fərqinda olmur. Nəticədə kökəlmələr baş verir”-deyə psixoloq əlavə edib.

Zeynəb Eyyubova həmçinin bildirib ki, ən dəhşətli çətinlik uşaqların aqressivləşməsidir: “Bu kimi vasitələrdən istifadə edən uşaqlar aqressivləşir və özünü idarə etmədən anaya, ataya cavab qaytarır. Bunlar hamısı psixoloji nöqteyi-nəzərdən yığılır və artıq uşağın psixoloqa ehtiyacı olur”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »