Elon Mask "OpenAI" və Sam Altmana qarşı növbəti dəfə məhkəməyə müraciət edib. Mask yenidən şirkəti ilkin məqsədindən yayınmaqda ittiham edib.
Bizimyol.info xəbər verir ki, milyarder sahibkar İlon Mask bir neçə ay əvvəl "ChatGPT" ilə süni intellekt sahəsinin lideri olmağı bacaran "OpenAI"yə qarşı iddia qaldırıb.
İddia ərizəsində o, "OpenAI"nin əsas təsis məqsədindən əl yayındığını və indi mənfəət əldə etməyə yönəlmiş, ictimai maraqları güdməyən bir şirkət olduğunu iddia edib. Lakin Mask iyunun əvvəlində qəfildən bu işdən imtina edib.
Maskın davadan niyə imtina etdiyi bilinməsə də, bu gün yeni bir hadisə baş verib. "Tesla" və "SpaceX" direktoru eyni səbəbdən şirkəti yenidən məhkəməyə verib.
Mask "OpenAI"nin məqsədlərindən uzaqlaşdığını deyir, Sam Altmanı fırıldaqçılıqda ittiham edir
ABŞ-ın Kaliforniya ştatında açılan məhkəmə iddiasında İlon Mask yenidən "OpenAI" və onun icraçı direktoru Sem Altmanı şirkətin yaradılması məqsədini pozmaqda ittiham edir. Mask əlavə edir ki, şirkət artıq bəşəriyyətə fayda verəcək süni intellekt texnologiyasını inkişaf etdirmək məqsədini güdmür.
Məlum olduğu kimi, Mask "OpenAI"nin yaradıcıları arasında idi. Lakin o, 2015-ci ildə şirkəti tərk edib. Yeni iddiada o, digər təsisçilərdən biri olan Altmana və hazırda prezident vəzifəsini icra edən Qreq Brokmana qarşı da ittihamlar irəli sürüb. Məşhur milyarder iddia edib ki, ikili onu manipulyasiya edərək "qarşısına saxta məqsədlər qoyan və əsas məqsədi qazanc əldə etmək olan" şirkət qurublar. Bu səbəbdən o, hətta Altmanı fırıldaqçı adlandırıb.
Maskın vəkili bunun digərindən daha güclü bir iddia olduğunu düşünür. İki tərəf arasında uzun müddətdir davam edən gərginliyi daha da artıracaq davanın necə nəticələnəcəyini zaman göstərəcək.
Qadir, Bizimyol.info






