Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meta" süni intellekt modellərini səsləndirmək üçün "Hollywood" ulduzlarına milyonlar təklif edir
"Meta" süni intellekt modellərini səsləndirmək üçün "Hollywood" ulduzlarına milyonlar təklif edir

"Meta"nın hazırladığı səs köməkçiləri üçün məşhur "Hollywood" ulduzları ilə görüşdüyü məlum olub. İddialara görə, şirkət bu insanlara milyonlarla dollar təklif edib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, texnologiya nəhəngləri məhsuldar süni intellekt sahəsində səs köməkçiləri ilə fərqlənməyə çalışırlar. Təbii ki, bu köməkçilərin səsi də böyük əhəmiyyət kəsb edir. İndi isə "Meta" ilə bağlı xəbərlər nəhəng şirkətin bu mövzuda ciddi addımlar atdığını göstərir.

"Bloomberg"in əldə etdiyi məlumata görə, "Meta" səs köməkçilərini səsləndirmək üçün "Hollywood" ulduzları ilə danışıqlar aparır. Danışıqlar müsbət olarsa, şirkətin süni intellekt modellərində məşhur aktyorların səsini eşitməyə başlaya bilərik.

İddialara görə, şirkət "Hollywood"dan bir çox məşhur adlarla əlaqə saxlayıb. Bunların arasında "The Elvida" və "Shang-Chi" kimi filmlərdən tanıdığımız "Awkwafina" və "Key & Peele" ilə tanınan komediyaçı və aktyor Kiqan Maykl Key və əfsanəvi aktrisa Cudi Denç var. Şirkətin təklif verdiyi adlara milyonlarla dollar təklif etdiyi də iddia edilir.

Bundan başqa, şirkətin müqavilələr bağlamağa tələsdiyi də bildirilib. Məqsəd sentyabr ayında keçiriləcək "Meta Connect" tədbirində bu səslərə malik süni intellekt köməkçilərini dünyaya tanıtmaqdır. Gözləyib görəcəyik ki, bunu kim qəbul edəcək.

Bundan əlavə, "The New York Times"ın başqa bir xəbərində texnologiya nəhənginin yeni alətləri arasında "Meta AI" adlı rəqəmsal köməkçinin də olacağı ifadə edildi. "Meta AI" artıq şirkətin hazırkı AI xüsusiyyətlərində istifadə olunur. Deyəsən, onların səs köməkçilərində də oxşar yanaşmanı görəcəyik. Mümkündür ki, bu köməkçilər "İnstaqram"dan "WhatsApp"a kimi "Meta"nın bir çox platformasında görünəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »