Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan “F-16”lara təhdid: Onlar vurulacaq... Təyyarələr Ukraynaya çatıbmı?
Rusiyadan “F-16”lara təhdid: Onlar vurulacaq... Təyyarələr Ukraynaya çatıbmı?

NATO müttəfiqlərinin tədarük vəd etdiyi “F-16” təyyarələrinin Ukraynaya çatdığı iddina Rusiyadan sərt açıqlama gəlib.

Bizimyol.ionfo xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov “F-16”larla bağlı bunları deyib: “Onlar vurulacaq”.

Krelim Administrasiyası Ukraynaya təhvil verildiyi iddia edilən “F-16”ların döyüş meydanında təsirsiz olacağını və hamısının vurulacağını deyib. Kremlin sözçüsü Dmitri Peskov: “Onların sayı getdikcə azalacaq və yox ediləcəklər... Amma təbii ki, bu çatdırılmalar cəbhədəki hadisələrin inkişafına ciddi təsir göstərməyəcək”, - deyib.

Rusiya prezidenti Vladimir Putin də mart ayında Rusiyanın NATO ilə döyüşməyəcəyini, lakin “F-16”ların vurulacağını bəyan etmişdi.

Təyyarələrin Ukraynaya çatması iddiası

Kreml bu açıqlamanı təyyarələrin Ukraynaya çatdığı iddia ediləndən sonra verib. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis dünən "X" hesabında yazdığı yazıda: “Artıq “F-16”lar Ukraynadadır. Başqa bir qeyri-mümkün şey tamamilə mümkün oldu”, - deyə o bildirib.

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak: “Bu məsələ ilə bağlı heç bir şərh verməyəcəyik”, - deyib.

Zelenski bunu gündəmə gətirib

Ukrayna iki ildən çoxdur ki, Qərb müttəfiqlərindən ABŞ istehsalı olan “F-16” döyüş təyyarələrini istəyir. Bu təyyarələr uzun müddətdir ki, Kiyevin Qərb himayədarlarından tələb etdiyi hərbi texnika siyahısının mərkəzi hissəsi kimi görünür.

Rusiyanın son aylarda intensiv hava hücumları təşkil etdiyi bir mühitdə prezident Vladimir Zelenski müttəfiqləri ilə görüşlərdə Ukraynanın hava hücumundan müdafiəsini təkmilləşdirməyi gündəmdə birinci yerə qoyub.

“130 “F-16”ı lazımdır”

Zelenski may ayında “AFP”yə verdiyi müsahibədə Ukraynanın Rusiya aviasiyası ilə bərabər şərtlərə nail olmaq üçün təxminən 130 “F-16”ya ehtiyacı olduğunu söyləyib. Bununla belə, bəzi NATO ölkələri ümumilikdə 100-ə yaxın “F-16” qırıcısı tədarük edəcəyinə söz verib. Bu ölkələr aylardır ukraynalı pilotlara və ekipajlara təlim keçiblər. Sürətinə, manevr qabiliyyətinə və uçuş məsafəsinə görə təriflənən ABŞ istehsalı “F-16”ların gəlişi ilə Kiyev administrasiyası Rusiya Hərbi Hava Qüvvələrinə qarşı özünü daha yaxşı qoruya biləcəyinə ümid edir.

NATO müharibəyə cəlb oluna bilər

Rusiyanın Ukraynaya müdaxiləsi 2022-ci ildə başlayıb. Ukrayna Rusiya ordusunu Kiyev və Xarkov vilayətlərindən dəf etsə də, müharibə daha çox Ukraynanın cənub-şərqində və Donbass bölgəsində gedir. Rusiya vaxtaşırı Ukraynanın böyük şəhərlərinə raket və PUA hücumları təşkil edir. Ekspertlər “F-16”ların Ukraynaya gəlişinin müharibənin gedişatını dəyişə biləcəyini və bu təyyarələrin vurulacağı təqdirdə NATO-nun müharibəyə cəlb oluna biləcəyini deyirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »