Bəzi arıların su altında təəccüblü şəkildə sağ qala biləcəyini bilirdinizmi? Üstəlik, onların su altında qışlaya biləcəyini desək necə olar?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, arılar adətən növlərindən asılı olaraq yuvalarda və ya pətəklərdə yaşayırlar. Bəzi arıların da yaşayış yerləri boş ağaclar və ya qaya boşluqları ola bilər.
Ancaq bir araşdırma göstərir ki, bir arı növü su altında uzun müddət yaşaya bilər. Bəs bu necə mümkündür?
Elm adamları uzun müddətdir ki, qış yuxusunun bir növü olan arı diapauzasını öyrənirlər
Diapauzadakı (həşəratlarda fizioloji sakitlik halı) arılar ümumiyyətlə səssiz və sakit olurlar. Yemək, uçmaq və ya cütləşmək kimi adi işlərlə məşğul olmurlar. Onların diapauzası əvvəlcə gözəl uzun yuxu kimi səslənə bilər, lakin soyuqda aylarla yeməksiz yaşamaq olduqca çətindir.
Bu vəziyyət arılar üçün xüsusilə çətindir. Çünki onlar yazın sonunda cütləşməmiş ana arılar yetişdirirlər. Daha sonra ana arılar torpaqda kiçik yuvalar qazmadan və 6-9 ay diapauzaya girmədən əvvəl cütləşir və çoxlu qida saxlayırlar.
Qış gələndə bütün işçilər və erkəklər ölür, lakin diapauzada olan kraliça yazda ortaya çıxır və yeni nəsil erkək və işçi arıları dünyaya gətirir. Yaşamağa çalışmaqdan əlavə, onlar yeni pətək yeri tapmağa, yumurta qoymağa və koloniyalarını qidalandırmağa və qorumağa hazır olmalıdırlar.
Digər tərəfdən, laboratoriyada edilən böyük səhv sayəsində suyun arıların həyatda qalmaq üçün təkamül keçirdikləri streslərdən biri olduğunu ortaya çıxarıb
Guelph Universitetinin tədqiqatçıları kəşf etdilər ki, eksperimental nəzarət nəticəsində diapauza verən ana arılarının olduğu qablara təsadüfən su yığılıb. Suyu boşaldarkən, təəccüblü şəkildə yaş ana arıların bəzilərinin canlı olduğunu görürlər. Təbii ki, onlar bu heyrətamiz qabiliyyəti sınamağa qərar verirlər.
Tədqiqatçılar 143 ana arısını torpaqla doldurulmuş borulara yerləşdiriblər və sonra diapauzanı başlatmaq üçün boruları soyuducu qurğuya yerləşdiriblər. Daha sonra yuxulu ana arıların 126-sının olduğu boruya soyuq su əlavə edərək, 17-ni idar quru saxlayılar.
Boğulan arıların yarısı suyun üzərində üzməyə buraxılır, digər yarısı isə pistona bənzər bir cihazla yumşaq bir şəkildə basdırılır.
Elm adamları daha sonra ana arıları sudan çıxarır, normal torpaq borularına köçürür və 8 həftə soyuq anbarda saxlayırlar. Beləliklə, onların hamısı bərabər diapauzadan keçirlər.
1 həftəlik üzgüçülükdə iştirak edən 21 arıdan 17-si 8 həftədən sonra hələ də sağ idi. Bu, 81% sağ qalma nisbətidir. Ancaq heç islanmayan arılar üçün vəziyyət o qədər də yaxşı deyil. 17 quru olan arıdan 15-i 8 həftəyə qədər yaşamağa davam gətirib. Bu, 88% göstəricidir.
Xülasə, tədqiqatçılar təsadüfən də olsa, arıların su altında uzun müddət yaşaya və hətta qış yuxusuna da gedə bildiklərini kəşf ediblər.
Qadir, Bizimyol.info






