Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Delfinlərdən ilhamlanaraq hazırlanan bionik dəri tonlarla yanacağa qənaət edəcək
Delfinlərdən ilhamlanaraq hazırlanan bionik dəri tonlarla yanacağa qənaət edəcək

Delfinlərdən ilhamlanaraq alimlər gəmi pərlərinə bərkidilə bilən bionik dəri hazırlayıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, çinli tədqiqatçılar ixtiranın böyük bir tankerə ildə 300 ton yanacağa qənaət etməyə imkan verəcəyini deyirlər.

Delfinlər suda üzərkən dərilərində əmələ gələn selik yağlanma təmin edir və su axınının kinetik enerjisini minimuma endirir. Eyni zamanda, yüksək sürətlə hərəkət etdikləri zaman dəriləri çox nazik bir turbulentlik təbəqəsi yaradır. Demək olar ki, heç bir sürtünmə yaratmayan təbəqə sayəsində sözün əsl mənasında suda sürüşür.

Laminar axın adlanan bu mexanizm su və hava nəqliyyatında istifadə olunur. Çindəki Ninqbo Material Texnologiyaları və Mühəndisliyi İnstitutu (NIMTE) gəmiçilik şirkəti "COSCO Shipping Energy Transportation" ilə əməkdaşlıq edərək gəmi pərlərində istifadə üçün oxşar texnologiya hazırlayıb.

Tədqiqatçılar delfinlərdən ilhamlanan yeni bionik dərinin maye kimi dinamikaya malik interfasial materiallardan və 0,1-0,2 millimetr elastik materiallardan ibarət olduğunu bildirirlər.

Gəmilərdə istifadə edilən normal pərlərə bərkidilmiş dəri su ilə pervane arasında kəsmə qüvvəsini azaldaraq səmərəliliyi artırır. Su ilə gərginliyi azalan pərlər daha az enerji sərf edir.

300 ton az yanacaq sərf edilməsi gözlənilir

NIMTE-nin açıqlamasında, çox Böyük Xam Neft Daşıyıcısı (VLCC) sinifli bir tankerin bionik delfin dərisi ilə örtülmüş pəri ilə 200 gün səyahət etdiyi ifadə edildi. 300 min ton ağırlığında olan gəmi su üzərində 65 min kilometr məsafə qət edib.

Tədqiqatçılar gəminin yanacağa 2 faiz qənaət etdiyini iddia edirlər. Buna əsasən, VLCC-nin ildə 300 ton az yanacaq istifadə edəcəyi gözlənilir.

Karbon qazı emissiyaları 900 ton azala bilər

Alimlər həmçinin bionik dəri ilə örtülmüş pərlərin tək bir mühərrikinin illik karbon qazı emissiyasını 900 ton azaldacağına ümid edirlər.

Pərlərə quraşdırılmasının 20 min dollara başa gəldiyi deyilən yeni texnologiyanın ildə 140 min dollar qənaət edəcəyi də iddia edilir.

NIMTE və "COSCO Shipping Energy Transportation" hazırda ən azı 100 xam neft gəmisinin pərvanələrini bionik dəri ilə örtməklə iqtisadi və ekoloji fayda təmin etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »