Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın Berlin və Hamburq hava limanlarında uçuşlar dayandırılıb
Almaniyanın Berlin və Hamburq hava limanlarında uçuşlar dayandırılıb

"Microsoft"a kibertəhlükəsizlik xidmətləri göstərən "CrowdStrike"in yaratdığı qlobal rabitə kəsilməsi Almaniyada da fasilələrə səbəb olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Berlin-Brandenburq və Hamburq hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hazırda Berlin hava limanında heç bir təyyarənin nə enişi, nə də havaya qalxması mümkün deyil. Berlin-Brandenburq Hava Limanından (BER) edilən şərhdə: "Texniki nasazlıq səbəbindən əməliyyatlarda gecikmələr var. Uçuş əməliyyatları dayandırılıb", - deyə qeyd edilir.

Yay tətilinin başlamasından bir neçə gün sonra Hamburq hava limanında 4 aviaşirkətin kompüter sistemlərində yaranan problemlər səbəbindən uçuşlar dayandırılıb. Ölkənin şimalında yerləşən Şlezviq-Holşteyn Universitetinin xəstəxanasında əməliyyatlar internetin kəsilməsi ilə bağlı ləğv edilib.

"Microsoft"a kibertəhlükəsizlik xidmətləri göstərən "CrowdStrike"in yaratdığı qlobal rabitə kəsilməsindən sonra bütün dünyada bizneslərə təsir edən fasilələr yaranıb. "CrowdStrike" problemi aşkar etdiklərini və istifadəçilər üçün "müvəqqəti" bir həll hazırladıqlarını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »