Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"DeepL"in təqdim etdiyi yeni model "Google Translate" və "ChatGPT"dan daha yaxşı tərcümə edir
"DeepL"in təqdim etdiyi yeni model "Google Translate" və "ChatGPT"dan daha yaxşı tərcümə edir

"DeepL" tərcümə sistemini gücləndirəcək yeni dil modelini təqdim etdi. Modelin "Google Translate" və "ChatGPT"dən daha yaxşı performans göstərdiyi bildirilib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2017-ci ildən bəri "Google Translate"in maşın tərcüməsində ən şiddətli rəqiblərindən biri olmağı bacaran "DeepL" indi tamamilə yeni böyük dil modeli (LLM) ilə gündəmə gəlib. Bildirilib ki, Almaniya əsaslı təşəbbüsün yeni modeli indiki bir çox tərcümə sistemlərindən daha yaxşıdır.

Yeni dil modeli tərcümə və redaktəyə xüsusi diqqət yetirmək üçün hazırlanmış model kimi təsvir edilib.

Şirkətin açıqlamalarına görə, modelin məqsədi daha çox insana bənzər tərcümə istehsal etmək və halüsinasiyalar riskini azaltmaqdır. Bilirik ki, süni intellekt modellərində hallüsinasiya böyük problemdir. Bu termin, modellərin qeyri-real və ya yanlış nəticələr çıxardığını nəzərdə tutur.

Həmçinin əlavə edilib ki, modelin rəqiblərindən fərqli olaraq təlim keçmək üçün internetə qoşulmasına ehtiyac yoxdur. Bunun əvəzinə "DeepL"in öz məlumatlarından istifadə edir. Həmçinin bildirilib ki, tərcümə keyfiyyətinin yüksəldilməsi üçün dil mütəxəssisləri modeli hazırlayıblar.

Şirkətin iddiasına görə, model "Google", "OpenAI" və "Microsoft" kimi günümüzün aparıcı tərcümə şirkətlərini üstələyir. Yəni demək olar ki, hər kəsin istifadə etdiyi "Google Translate" və son vaxtlar özünü təkmilləşdirən "ChatGPT"dan daha yaxşıdır. Testlərdə, "DeepL" modelinin keyfiyyətinə çatmaq üçün "Google Translate"in 2 dəfə, "ChatGPT"ın isə 3 qat daha çox redaktəyə ehtiyacı olduğu müşahidə edilib.

Bundan əlavə, öz modelləri arasında sınaqlar aparılıb. Nəticələr ingilis, yapon və çin dillərində 1,7 dəfə, ingilis-alman cütlüyündə isə 1,4 dəfə irəliləyiş göstərib.

Yeni modeli özündə birləşdirən sistem hazırda dörd dildə mövcuddur: ingilis, alman, yapon və çin, yalnız "DeepL Pro" ödənişli abunə sisteminə abunə olanlar üçündür. İstifadəçilər internet vasitəsilə yeni nəsil modeli seçib istifadə edə bilərlər. "DeepL Pro" ödənişləri ayda 8,74 dollardan başlayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »